05 Mart 2023 02:44
1327
İDMAN
A- A+
İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

İdman mütəxəssisləri Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər

 

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilib. MOK-dan AZƏRTAC-a bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, komitənin baş katibi Azər Əliyev, Olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanının tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 
Sonra tədbir iştirakçıları çıxış edərək Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüblər.
1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuş Olimpiya çempionu Nazim Hüseynov həmin gündən danışıb. O, həmin gün bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb. 
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə bu tarixi gündən əsasını götürən və ölkəmizdə böyük uğurla davam etdirilən idmanın və Olimpiya Hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur və fərəh hissini bölüşərək deyib: "Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanının inkişafına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ümummilli Liderin Azərbaycan idmanına göstərdiyi diqqət və qayğı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə Milli Olimpiya Komitəsinə rəhbərliyi təklif etməsi olub".  
Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimizin xatirələri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Atıcılıq üzrə dünya çempionatının üçqat gümüş mükafatçısı, Avstraliyada yaşayan Valeri Timoxinin, Rusiyada yaşayan voleybol üzrə ikiqat Olimpiya, üçqat Avropa çempionu, həmyerlimiz İnna Rıskalın, ABŞ-də məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma üzrə dünya çempionu, beşqat SSRİ çempionu Samir İbrahimovun Ulu Öndərlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb.
MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, komitənin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, Əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin Əməkdar məşqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, üçqat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür. 
Tədbirdə 2022-ci ilin yekunları ilə bağlı 5 nominasiya üzrə "Ədalət prinsiplərinə sadiq" mükafatının qalibləri təltif olunub. Könül Mahmudova "Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı", Taleh Ziyadov "Ədalətli Oyunlar prinsiplərinə sadiq idman xadimi", Asif Məlikov "Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi", Qurban Qurbanov "Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi", Eldəniz Əzizli isə "Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı" nominasiyaları üzrə mükafata layiq görülüblər.
Bundan başqa, stolüstü tennis üzrə SSRİ İdman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Milli Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom verilib. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik oyunlarının bürünc medalı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!