22 Sentyabr 2025 18:41
563
İQTİSADİYYAT
A- A+
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edir

I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Artım, sənayeləşmə və dayanıqlı dəyər zəncirləri üçün tərəfdaşlıqlar: Gələcəyə hazır iqtisadiyyatların qurulması” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, investisiya və geoiqtisadiyyat üzrə tanınmış ekspert Metyu Stivensonun moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli sənayeləşmənin Azərbaycanın davamlı iqtisadi inkişafında rolu, xarici investisiyaların cəlbi üçün strateji siyasət çərçivələri, xüsusi iqtisadi zonalar və sənaye parklarının imkanları barədə məlumat verib. Nazir müavini çıxışında dəyər zəncirlərində şaxələndirmə və rəqəmsal inteqrasiyanın əhəmiyyətinə toxunub.

Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Macarıstan İxrac Təşviqi Agentliyinin baş direktoru və xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Katalin Bihari, Dünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının icraçı direktoru İsmayıl Erşahin, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə direktoru Alkis Vryenios Drakinos, "Danieli & C. Officine Meccaniche" şirkətinin maliyyə direktoru və İdarə Heyətinin üzvü Anna Mareschi Danieli, Harvard Growth Lab-in baş meneceri Tim Cheston, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) üzrə regional menecer Tomas Lubek, WAIPA-nın İcraiyyə Şurasının sədri və Qlobal Xüsusi İqtisadi Zonalar Alyansının təsisçisi Ceyms Can və “Bank Leumi”nin sabiq icraçı sədri Samer Hac-Yehia Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin sənaye artımı və regional iqtisadi inkişaf üçün həlledici rolu barədə fikirlər səsləndiriblər.

İştirakçılar regional əməkdaşlığın gücləndirilməsi, kiçik və orta bizneslərin inkişafı və ixrac imkanlarının genişləndirilməsi mövzularını müzakirə ediblər.

Sessiyanın sonunda bir sıra mühüm sənədlərin imzalanma mərasimi keçirilib.

Sessiya çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) sahəsində potensialın artırılmasına dair əməkdaşlıq sazişi imzalanıb.

Sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Dövlət özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lubek imzalayıblar. Sənəddə DÖT layihələrinin icrasını asanlaşdırmaq üçün strategiyanın hazırlanması və əməkdaşların potensialının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi, DÖT layihələrinin icrası strategiyasının hazırlanması, investisiya prosesinin nəzərdən keçirilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də DÖT layihələrinin seçilməsi və həyata keçirilməsi üçün sahəvi təlimatların hazırlanması kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "China Datang Overseas Investment Co." arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur. Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “China Datang Overseas Investment Co.” şirkətinin baş direktoru Yuanlong Zhou imzalayıblar.

“Improtex Group” şirkəti ilə MAN Truck & Bus şirkəti arasında Azərbaycanda elektrik avtobuslarının yığılması üzrə Müqavilə imzalanıb. Müqaviləni iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “Improtex Group”un prezidenti Füzuli Ələkbərov və "MAN Truck & Bus" şirkətinin nümayəndəsi imzalayıblar.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Müqaviləni AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqtisadi Forumunun beynəlxalq ticarət və investisiya siyasəti və icmalar üzrə rəhbəri Metyu Stivenson imzalayıblar.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə "ACWA Power" şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb Sənədi Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə üzrə baş meneceri Selim Güven imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!