12 Fevral 2024 14:34
254
DÜNYA
A- A+

Husilər Qırmızı dənizdə ABŞ gəmisinə hücum ediblər

 

Yəməndəki qiyamçı “Ənsar Allah” hərəkatının silahlıları Qırmızı dənizdə ABŞ-ın “Star Iris” ticarət gəmisinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalının efirində deyib.

“Yəmən donanması Qırmızı dənizdə ABŞ-ın “Star Iris” gəmisinə raketlərlə dəqiq zərbələr endirib”, - deyə Yəhya Səriya bildirib.

Bir müddət öncə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən dəniz ticarət daşımalarının koordinasiya mərkəzi ticarət gəmisinin Moha liman şəhərindən 40 mil cənubda hücuma məruz qaldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ənsar Allah” hərəkatı Qəzza sektorunda döyüşlər başlayanda İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və yəhudi dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini elan edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmini atəşə tutub. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə zərbələr endirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video