“Huawei”in yeni qatlana bilən smartfonu təqdim edilib
“Huawei” şirkəti “Mate X5” adlı yeni qatlana bilən smartfonunu təqdim edib. O, bu ilin yazında təqdim edilmiş “Mate X3”ün, demək olar ki, eynisidir. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Onlar arasındakı texniki fərq də olduqca cüzidir.
“Mate X5” 2496x2224 piksel keyfiyyətli 7.85 düym daxili OLED ekran və 2504x1080 piksel keyfiyyətli 6.4 düym xarici OLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir.
Xarici ekran “Kunlun Glass” qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. “Mate X5”in gövdəsi sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb
04 Dekabr
Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb...
04 Dekabr
BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
04 Dekabr
COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub...
03 Dekabr
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək...
03 Dekabr
Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək
03 Dekabr
Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq
03 Dekabr
Sabah paytaxtda şimal-qərb küləyi əsəcək
03 Dekabr
İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik
03 Dekabr
Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb...
03 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!