05 Dekabr 2025 17:13
278
CƏMİYYƏT
A- A+
Horovluya qayıdan sakinlərin sevinc dolu günləri 

Horovluya qayıdan sakinlərin sevinc dolu günləri 


Uzun illərdən sonra öz yurduna qayıdan Horovlu sakinləri bu günləri həm sevinc, həm də qürurla qarşılayır. Kəndə yenidən həyat qayıdıb, inşa olunan yeni evlər, bərpa olunan kəhrizlər, qurulan məktəb və bağça insanların illərdir həsrətlə gözlədiyi doğmalığı yenidən canlandırıb.

AZƏRTAC-ın bölgə müxbiri Horovlu sakinlərinin sevinc hisslərini qələmə alıb.

Horovlu sakini Yamil Cəfərov da bu gün doğma kəndə qədəm qoyan sakinlərdəndir. “Kənddən çıxanda 12 yaşım var idi. Uşaqlıq xatirələrim yarım qalmışdı, amma indi övladlarımla birlikdə qayıtmışam. Horovlu kəndinin xoşbəxt günləri yenidən başlayıb. Horovlu bizi çox gözəl qarşıladı, kəndə daxil olanda bir anlıq bütün xatirələrim canlandı. Düşünürəm ki, bizim yarım qalan uşaqlığımızı övladlarımız yaşayacaq. Onlar da ata-baba yurdlarına qürur hissi ilə gəliblər. Doğma torpağımıza qovuşacağımız günə hər zaman inamla yanaşdıq və bu gün o inam gerçəyə çevrildi. Kəndimizdə çox gözəl şərait yaradılıb, hətta kəhrizlərimiz belə bərpa olunub. Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan Ordusu, sözün əsl mənasında, tarix yazdı və otuzillik həsrətə son qoyuldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Çiçək İsmayılova da uşaq vaxtı çıxdığı kəndə öz övladları ilə qayıdıb. “Otuz ildən çox idi ki, biz doğma kəndimizdən məcburi köçkün düşmüşdük. Amma bir an belə inamımı itirmədim və kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirdim. Bu gün ən böyük arzum gerçəkləşdi, Horovluya qayıtdıq. Kəndimiz çox gözəlləşib, övladlarımla birlikdə gəldik, onlara illərlə kəndimiz barədə danışmışdım. İndi isə burada hər şey daha da abadlaşıb, yeni evlər tikilib, məktəb və bağça inşa olunub, kəhrizlərimiz bərpa edilib. Bu torpaqlar bizim üçün artıq daha da müqəddəsdir, çünki qəhrəman oğullarımız öz canları bahasına yurdumuzu azad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!