25 Fevral 2026 15:28
185
CƏMİYYƏT
A- A+
Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub 

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub 


Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 30 ailə olmaqla, 115 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


13:36


“İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horovlu kəndi bu gün 30 ailə olmaqla, 115 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Tramp arasında telefon danışığı olub  

00:23
26 Fevral

Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb  

23:26
25 Fevral

Prezident İlham Əliyevin sosial media hesablarında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib

22:55
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB

22:45
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB 

22:21
25 Fevral

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olunub

22:13
25 Fevral

Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib  

21:33
25 Fevral

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb 

21:08
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

20:57
25 Fevral

Səfir: Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

20:01
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:50
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB

19:49
25 Fevral

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:43
25 Fevral

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub

18:42
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

18:41
25 Fevral

ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib  

18:39
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!