"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
Tərtərdə "Heydər Əliyev İli" çərçivəsində Gənclər günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəl mərkəzi meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirib ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur: "Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi illərində keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərdiyi gənclər bu gün ixtisaslı mütəxəssislər kimi müstəqil ölkəmizin inkişafında fəal iştirak edirlər. Ulu Öndər gənclərə arxalandığı kimi, gənclər də onu böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edirlər".
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. O, Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratdığını, onları vətənpərvər ruhda formalaşdırdığını,
44 günlük Vətən müharibəsinin Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışdır. M.Məmmədov çıxışını əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin davamçısı Prezident İlham Əliyevin Azərbaycan gənclərinin vətənpərvərliyi barədə dediyi sözlərlə bitirmişdir: "Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar."
Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən Fəxri fərman, Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, iki nəfərə isə "Vətən müharibəsi iştirakçısı" medalı təqdim olunmuşdur.
* * *
İmişlidəki Heydər Əliyev Mərkəzində Gənclər Günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirələrini birdəqiqəlik sükutla yad etmişlər. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Çıxış edənlər bildirmişlər ki, Ümummilli Liderin dövlətçilik irsini öyrənən və təbliğ edən gənclərlə bağlı irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün tədbirlərdə gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayırlar.
Tədbirin sonunda bir qrup gəncə rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilmişdir.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Həftənin ilk iş gününün hava proqnozu
02 Aprel
Donetsk vilayətinin Konstantinovka şəhərinin raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb...
02 Aprel
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb
02 Aprel
BQXK-yə məxsus 14 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb
02 Aprel
Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib ...
02 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət ed...
02 Aprel
Bakıda aylıq normadan çox yağıntı düşüb
02 Aprel
Laçın-Xankəndi yolu: Xarici media nümayəndələri ekoaksiyanın keçirildiyi əraziyə gəliblər...
02 Aprel
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib
02 Aprel
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!