27 Noyabr 2023 19:24
403
CƏMİYYƏT
A- A+
“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. Bildirib ki, Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanda siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması, davamlı inkişaf mərhələsinin başlanmasıdır. Məhz Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində bugünkü dinamik inkişaf edən dayanıqlı iqtisadiyyatın təməli qoyulub.

Tədbir çərçivəsində “Heydər Əliyev – canlı xatirələr və iqtisadi strategiya” mövzusunda panel keçirilib, ictimai-siyasi xadim Həsən Həsənov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında Ulu Öndər Heydər

Əliyevin sosial-iqtisadi sahədə apardığı mühüm islahatlardan və yeni neft strategiyasının formalaşmasındakı əvəzsiz fəaliyyətindən söz açıblar. Heydər Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı, sosial infrastrukturun modernləşdirilməsi və digər sahələrdə böyük uğurların əldə edildiyi diqqətə çatdırılıb.

ESRİ-nin İdarə Heyətinin sədri Mahir Hümbətov konfrans iştirakçılarına İnstitut tərəfindən keçirilmiş "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" adlı beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi barədə məlumat verib. Müsabiqənin Heydər Əliyev irsinin ölkə hüdudlarından kənarda öyrənilməsi baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. Seçilmiş məqalələr İnstitut tərəfindən yeni təsis edilmiş “Strateji iqtisadi düşüncə” (JSET) beynəlxalq jurnalında dərc edilib.

Daha sonra müsabiqədə qalib gələn Azərbaycan, Belarus, Küveyt, Moldova, Pakistan və Türkiyənin təhsil və elmi-tədqiqat müəssisələri, beyin mərkəzlərinin əməkdaşları - Məhəmməd Səmədov, Oleq Leşenyuk, Haila Əlmekaimi, Ruslan Şevçenko, Xalid Taimur Akram, Muhammad Zaman, Mehmood Ul Hassan Xan və Doğacan Başaran təltif ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!