25 May 2025 08:55
726
İQTİSADİYYAT
A- A+
Həssas qrupa aid uşaqlara həssas münasibət

Həssas qrupa aid uşaqlara həssas münasibət


Həssas qruplara aid uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunurlar. Müəssisə əsaslı qayğıya alternativ sosial xidmətin - himayədar ailə qayğı modelinin yaradılması, müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamasını təmin etmək üçün həyata keçirilən reinteqrasiya tədbirləri, eləcə də digər mühüm sosial layihələr baxımından xüsusi əhəmiyyət daşıyır.  

Prezident İlham Əliyevin fərmanı ilə 1 noyabr 2019-cu ildən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən müddətdə 726 uşaq övladlığa verilib. Onlardan 363 nəfəri oğlan, 363 nəfəri qızdır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 

Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan "Himayədar ailə" qayğı modeli ölkəmizdə də tətbiq edilir. Ailədə yaşamaq, böyümək, tərbiyə olunmaq uşağın əsas hüquqlarıdır. "Himayədar ailə" qayğı modeli də  valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi  ilə dövlət nəzarəti altında ailə mühitində yaşamalarına və inkişafına şərait yaradır. Ötən dövrdə 45 uşaq himayədar ailələrə verilib.  

Dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə də xüsusi önəm verir. Agentlik fəaliyyətə başladığı vaxtdan ötən dövr ərzində həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 715 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin olunub.

Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrinin nəzdində yaradılan üç daimi Günərzi Qayğı mərkəzinin də məqsədi həssas qruplara aid uşaqların ailə mühitində yaşamasının təmin edilməsi və zəruri sosial xidmətlərlə əhatə olunmasıdır. Abşeron, Pirallahı və Xəzər rayonları ərazisində yerləşən mərkəzlərdə bu günədək xüsusi qayğıya ehtiyacı olan 65 uşaq bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb edilib. 

Ailəəsaslı həmin yarımstasionar sosial xidmət müəssisələrində uşaqların sosial-psixoloji və sosial-pedaqoji qiymətləndirilməsi həyata keçirilir. Uşaqlar və ailələri fərdi inkişaf planına əsasən, müxtəlif təlimlərə cəlb edilir, onların cəmiyyətə inteqrasiyasının təmin olunması, ailələri ilə birgə asudə vaxtlarının təşkili, valideynlik bacarıqlarının artırılması üçün müxtəlif tədbirlər görülür. Günərzi Qayğı mərkəzlərində şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları üçün də hər cür şərait yaradılıb. 

Agentliyin sifarişi ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində də  30 Günərzi Qayğı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, reabilitasiya və s.  xidmətlərlə, psixoloji dəstəklə təminatı həyata keçirilir.  Ümumilikdə 900 uşaq bu mərkəzlərin xidmətləri ilə əhatə olunub. Müxtəlif dərnəklər vasitəsilə onlarda özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişafı üçün də işlər aparılır. Günərzi Qayğı mərkəzlərinin məqsədi həssas qruplardan olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

16:49
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

16:18
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 0,7 fazi artıb

15:56
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!