15 May 2025 08:32
480
CƏMİYYƏT
A- A+
Hər şey ailədən başlayır...

Hər şey ailədən başlayır...


Milli-mənəvi dəyərlər əsasında formalaşan hər bir cəmiyyətin təməl daşı ailədir. O, insanın yaşamağı və var olmağı öyrəndiyi yerdir. Ailə dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi, ailədə mehribanlığın, sağlam həyat tərzinin təbliği məqsədilə BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən hər il mayın 15-i Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Ölkəmiz bu ənənəyə 2008-ci ildən qoşulub.

Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur" deyən Ümummilli Liderin böyük diqqət yetirdiyi dövlət ailə siyasəti uğurla davam etdirilir, ölkəmizdə möhkəm təməlli ailə ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür.


Ənənəvi dəyərlərin qorunması


Ölkəmizdə ailə siyasətinin necə həyata keçirilməsi ilə bağlı sualları cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, ailədaxili münasibətlərin, ailə dəyərlərinin, yaşlı nəslə hörmət və məhəbbətin qorunub saxlanılması istiqamətində  ardıcıl olaraq genişmiqyaslı layihələr reallaşdırılır. Komitənin fəaliyyətində prioritet istiqamətlərdən biri həssas qruplardan olan aztəminatlı ailələrlə işin aparılmasıdır. Bu istiqamətdə aztəminatlı ailələrin sosial problemlərinin həlli üçün aidiyyəti orqanlarla birlikdə tədbirlərin görülməsinə, uşaqların sağlam mühitdə böyüməsinə, onların müasir tələblər səviyyəsində təhsil almasına, zorakılıqdan müdafiəsinə, xüsusilə də həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsinə önəm verilir. Buna görə də komitəyə daxil olan müraciətlər əsasında, həssas qrupdan olan ailələrlə mütəmadi olaraq bir sıra işlər aparılır. 

Komitənin Ağdam, Goranboy Uşaq və Ailələrə Dəstək mərkəzlərinin birgə təşkilatçılığı ilə 2021-ci ildən etibarən "Uşaq və ailələrə psixososial dəstək" layihəsi həyata keçirilir. Sözügedən layihənin əsas məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixososial rifahını yaxşılaşdırmaq, uşaqların emosiya və hisslərini ifadə etməsinə kömək göstərmək, onlarda stressə davamlılığı gücləndirmək, özünüqiymətləndirmə bacarığını və fəaliyyət qabiliyyətini yüksəltməkdir. Uşaqlarla yanaşı, onların valideynləri ilə də psixoloji maarifləndirmə işi aparılır. Sosial pedaqoqlar tərəfindən valideyn bacarıqları, böhran vəziyyətində uşaqlara psixososial yardımın göstərilməsi, valideyn-övlad münasibətləri  və sairə mövzularda təlimlər keçirilir.

İşğaldan azad edilmiş ərazilərimizdə də Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə, "İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili" layihəsini uğurla  həyata keçirir. 2024-2025-ci illərdə layihə çərçivəsində Füzuli, Zəngilan, Laçın, Xocalı və Cəbrayıl rayonlarında uşaq və valideynlərin iştirakı ilə 16 təlim keçirilib. Ünsiyyət bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə ümumilikdə 420 nəfər (210 nəfər uşaq, 210 nəfər valideyn) iştirak edib.

Bu il mayın 15-də komitə tərəfindən Beynəlxalq Ailə Gününə həsr olunmuş "Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi" mövzusunda konfrans baş tutacaq. Konfransın keçirilməsində əsas məqsəd cəmiyyətin əsas özəyi olan və milli-mənəvi dəyərlərə əsaslanan ailənin genofondun qorunmasına cavabdehlik daşıyan, sosial və mənəvi əminliyi təmin edən əsas təsisat olaraq qorunmasının təbliğ edilməsi, eləcə də təhsil prosesində gənclərin  ailə institutunun dərk edilməsi, sosial və mədəni dəyərlərin təbliğ və dayanıqlı ailə institutunun qorunub saxlanılmasının təşviq edilməsidir.


Sağlam təməl


Sağlam ailə dedikdə ilk növbədə qarşılıqlı hörmət, emosional dayaq, güvən və məsuliyyət üzərində qurulmuş bir sistemin nəzərdə tutulduğunu deyən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, ailə təkcə qan bağlılığı ilə yox, ruhən bağlılıq və qarşılıqlı dəstək üzərində formalaşır: "Sağlam ailə cəmiyyətin psixoloji sabitliyinin əsas təminatçısıdır. Ailədə formalaşan dürüstlük, sədaqət, əməksevərlik və qarşılıqlı yardım kimi dəyərlər birbaşa vətəndaş tərbiyəsinə təsir edir. Əgər sağlam ailə modeli cəmiyyətin əksəriyyətində mövcuddursa, bu o deməkdir ki, biz sosial riskləri minimuma endirmişik".

Ailə dəyərlərinin övladlara ötürülməsinin uzunmüddətli psixopedaqoji proses olduğunu söyləyən psixoloq bildirib ki, uşaqların ən güclü öyrənmə mexanizmi müşahidədir. Yəni valideynin davranışı uşaq üçün modeldir. Psixoloji tədqiqatlar göstərir ki, 0-7 yaş dövrü uşağın əsas şəxsiyyət strukturunun formalaşdığı dövrdür. Bu illərdə ailə dəyərləri sağlam şəkildə aşılanarsa, gələcəkdə daha sabit və dəyəryönümlü gənclik formalaşır. Bu baxımdan valideynlərə övladları ilə səmimi və şəffaf ünsiyyət qurmaq, ailə daxilində emosional təhlükəsizlik mühiti yaratmaq, qaydaların məntiqli və yaşa uyğun tətbiqi, həm tənbeh, həm təşviqin balanslı şəkildə tətbiqi tövsiyə olunur.

"Ailə dəyərlərinin qorunması təkcə ailənin vəzifəsi deyil. Bu, bütövlükdə dövlətin, təhsil sisteminin, medianın və vətəndaş cəmiyyətinin birgə fəaliyyətini tələb edən çoxşaxəli məsələdir. Ailədaxili münasibətlərin möhkəmləndirilməsi üçün psixoloji maarifləndirmə, valideyn-övlad münasibətlərində "nəzarət yox, rəhbərlik" prinsipi, eləcə də qadın və kişinin birgə məsuliyyətə sahib olduğu ailə modeli formalaşdırılmalıdır. Eyni zamanda məktəblərdə ailə dəyərlərinə həsr olunmuş kurikulumlar ("Ailə psixologiyası" fənni formasında) məktəb psixoloqları vasitəsilə ailə-şagird əlaqəsinin gücləndirilməsi istiqamətində işlər aparılmalıdır. Eləcə də uşaqlara empatiya, əməkdaşlıq və emosional tənzimləmə bacarıqları aşılanmalıdır. Cəmiyyətdə və dövlət səviyyəsində sosial reklamlar və ailə mövzusunda maarifləndirici verilişlər, ailələr üçün psixoloji və hüquqi məsləhət mərkəzlərinin yaradılması faydalı olardı. Bu cür sistemli yanaşmalar həm ailələrin dağılmasının qarşısını alır, həm də sağlam nəsillərin formalaşmasına şərait yaradır", - deyə mütəxəssis bildirib.

Müasir dövrdə ailə dəyərlərinin qarşısında duran başlıca təhlükələrdən biri sürətlə dəyişən informasiya mühitidir. Elnur Rüstəmov qeyd edib ki, sosial media vasitəsilə qeyri-real və dəyərdən uzaq ailə modellərinin təbliği ailədaxili gözləntiləri pozur. Eləcə də ailədaxili şiddət dəyərlərin və emosional təhlükəsizliyin pozulmasına səbəb olur. Digər tərəfdən, mədəni qloballaşma da milli-mənəvi dəyərlərin zəifləməsinə gətirib çıxarır. Bu təhlükələrin qarşısını almaq üçün atılmalı olan əsas addım ailədaxili kommunikasiya bacarıqlarının təbliğidir. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!