02 May 2024 11:03
189
DÜNYA
A- A+

Həftələrlə dənizin dibində qalacaq sualtı yaxta inşa ediləcək  

 

Avstriyanın “Migaloo” şirkəti daha varlı insanlar üçün dəbdəbəli sualtı yaxtalar inşa etməyi planlaşdırır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “M5” markalı yaxtanın suyun altında 820 fut üzə biləcəyi və dənizin dibində bir ay qalacağı bildirilir.

Yaxtanın çox bahalı olmasına baxmayaraq, şirkətin icraçı direktoru Kristian Qumpold deyir ki, hazırda potensial alıcılar ilə danışıqlar aparılır.

“Migaloo M5” konsepsiyası, şirkətin dediyinə görə, suyun altında təxminən 820 fut dərinliyində səyahət edən və bir aya qədər orada qalacaq 540 futluq baza model yaxtanı əhatə edir. “Business Insider” nəşrinə müsahibə verən Kristian Qumpold deyib: “Yaxta sahiblərinin öz gəmilərinə olan ehtiyacları həmişəkindən daha mürəkkəbdir. Yeniliklər təkcə mükəmmələ naviqasiya, yaxtanın uzunluğu və ya dizaynı ilə bağlı deyil. Yaxta sahibləri özləri, qonaqları və qiymətli əşyaları üçün məxfilik, təhlükəsizlik və qorunma əldə edəcək, habelə elmi tədqiqatlar sahəsində unikal təcrübələri yerinə yetirəcək, həmçinin mümkün olan ən böyük eksklüzivlik qazanacaqlar”.

Bundan başqa, icraçı direktorun sözlərinə görə, yaxtanın alıcısı onun dizaynında bilavasitə iştirak edə biləcək. Şirkət potensial müştərilərlə lazer şousu ilə LED xarici işıqlandırma, helikopter meydançası, isti hava balonu və sualtı köpəkbalığı yemləmə stansiyası da daxil olmaqla seçimlərin siyahısını təklif edir. Gəminin kiçik sualtı qayıqlar, kəşfiyyat maşınları və işçi qayıqlar da daxil olmaqla çoxlu əlavə nəqliyyat vasitələrinə ev sahibliyi edə biləcəyi bildirilir. Onun göyərtəsində 20-yə qədər qonağın və 40-a yaxın personalın yerləşdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video