Hazırlıq işləri başa çatıb
Bələdiyyə seçkilərinə sayılı günlər qalır. Seçkilərin yüksək səviyyədə keçməsi üçün Sumqayıt şəhərində də hazırlıq işləri başa çatıb. Müşahidəçilərin səsvermənin gedişini izləmələri üçün lazımi şərait yaradılıb.
43 saylı üçüncü Sumqayıt dairə seçki komissiyasının (DSK) sədri Həsən Məmmədovla söhbətimiz də bu barədə oldu. O dedi ki, seçkilər hər bir dövrdə xalqın gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi prosesdir. Bu prosesdə xalq həmişə layiqli namizədə etimad göstərib. İnanırıq ki, bu seçkidə də belə olacaq. Bizim seçki dairəsində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərir.
Dairədə ilk dəfə 225 gənc səs verəcək. Onların çoxu ali məktəb tələbəsidir. Maraqlıdır ki, əksəriyyət vaxt tapan kimi dairə seçki komissiyasına gəlir və seçkilərin keçirilməsində bizə kömək etmək istədiklərini bildirirlər. Belə gənclərlə fəxr etməyə dəyər.
Yaşlı nəslin nümayəndələrinə gəldikdə onların əksəriyyəti ilə məntəqələrdə görüş keçirilmiş, seçki günü səsvermələri üçün xüsusi marşrutlar müəyyənləşdirilmişdir.
Daha sonra komissiya sədri qeyd etdi ki, bütün məntəqələr telefonlaşdırılıb, müasir texniki avadanlıqlarla təmin edilib. Seçki günü məntəqələrin fasiləsiz elektrik enerjisi ilə təmin olunmaları üçün müvafiq tədbirlər görülüb.
Namizədlərin təbliğat-təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr quraşdırılıb. 19 bələdiyyə üzvü seçilməlidir. Namizədlərin sayı isə 75 nəfərdir. Onların hamısına eyni şərait yaradılıb.
DSK-nın sədri vurğuladı ki, bütün seçki məntəqələri üzrə treninqlər keçirilib. Maarifləndirmə işləri yerinə yetirilib, məntəqələrə təlimatlar, yaddaş kitabçaları paylanılıb.
DSK üzrə müşahidəçilərin sayı 205 nəfərdir. Qeyri-hökumət təşkilatlarının, YAP, BAXCP və digər partiyaların müşahidəçiləri artıq qeydiyyatdan keçib. Onların arasında öz təşəbbüsü ilə qeydə alınanlar da var. Seçki gününədək müşahidəçilərin sayının artacağı gözlənilir.
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 13 saylı seçki məntəqəsində də olduq. Burada da hazırlıq işləri başa çatmaq üzrə idi. Məntəqə seçki komissiyasının sədri Tahirə Səfərova bildirdi ki, məntəqədə 1365 nəfər səs verməlidir. Məntəqə seçki qanunlarına uyğun ləvazimatlarla təmin edilib.
Akif ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
Sülh müqaviləsi qaçılmazdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!