"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 n?mr?li Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1315; 2019, № 6, maddə 1016) ilə təsdiq edilmiş "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı" aşağıdakı redaksiyada verilsin:
"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Bəhreyn Krallığı
8. Beliz
9. Bermud
10. Britaniya Vircin adaları
11. Bruney-Darüssalam
12. Cersi
13. Cəbəlüttariq
14. Dominika
15. Fici
16. Honq-Konq (ÇXR)
17. Kabo Verde
18. Kayman adaları
19. Qəmər Adaları İttifaqı
20. Kuk adaları
21. Labuan (Malayziya)
22. Qernsi
23. Qrenada
24. Liberiya
25. Lixtenşteyn
26. Makao (ÇXR)
27. Maldiv adaları
28. Marşal adaları
29. Mavriki
30. Men adası
31. Monako
32. Montserrat
33. Nauru
34. Niue
35. Palau
36. Panama
37. Samoa
38. Sent Lusiya
39. Sent Vinsent və Qrenadin
40. Seyşel Adaları
41. Sent-Kits və Nevis
42. Tailand
43. Tayvan (ÇXR)
44. Törks və Kaykos adaları
45. Trinidad və Tobaqo
46. Vanuatu
47. Vircin adaları (ABŞ)."
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Həftənin ilk iş gününün hava proqnozu
02 Aprel
Donetsk vilayətinin Konstantinovka şəhərinin raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb...
02 Aprel
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb
02 Aprel
BQXK-yə məxsus 14 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb
02 Aprel
Rusiya sülhməramlılarına aid növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib ...
02 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət ed...
02 Aprel
Bakıda aylıq normadan çox yağıntı düşüb
02 Aprel
Laçın-Xankəndi yolu: Xarici media nümayəndələri ekoaksiyanın keçirildiyi əraziyə gəliblər...
02 Aprel
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib
02 Aprel
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!