02 May 2024 15:57
262
DÜNYA
A- A+

Gürcüstan demokratiyası risk altındadır - ABŞ

 

ABŞ-nin Gürcüstandakı səfirliyi hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı bəyanat yayıb.

"Azərbaycan" qəzeti xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında parlamentin ikinci oxunuşundan keçmiş “xarici təsir” qanununun Kremldən ilhamlandığı qeyd edilib. Səfirlik sözügedən qanun layihəsini və hökumət rəsmilərinin qanunu müdafiə etmək naminə səsləndirdikləri “saxta narrativ”i qınadığını bəyan edib.

“Bu qanun və “Gürcü Arzusu”nun anti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya gətirib. Gürcüstan hökumətinin bəyanatları və əməlləri Aİ və NATO üzvlüyü üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ona görə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atır. Hakimiyyət rəsmilərinin ötən 32 il ərzində Gürcüstan iqtisadiyyatının, demokratiyasının gücləndirilməsinə, Rusiyanın təcavüzdən çəkindirilməsinə ayrılmış xarici yardımları səhv səciyyələndirməsi ABŞ-nin Gürcüstan xalqı və hökuməti ilə inkişaf etdirdiyi güclü münasibətləri baltalayır, - bəyanatda qeyd olunub.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video