11 Dekabr 2025 08:45
468
İQTİSADİYYAT
A- A+
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətin səmərəli təşkili istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in "Günəşli" sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.

Bu günlərdə AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, "Günəşli" sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243 çarpayılıq 133 otaq var. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq var. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. 

Tədbir iştirakçıları "Günəşli" sağlamlıq mərkəzində yaradılan şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.


Bəhmən MİRZƏYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

Didərginlikdən qəhrəmanlığa gedən yol

09:15
27 Yanvar

İlk döyüşlərdən cəsarəti ilə seçildi

09:10
27 Yanvar

Gədəbəydə ümumi məhsul istehsalı 39,5 faiz artıb 

09:05
27 Yanvar

Yardımlıda 2025-ci ilin nəticələri müzakirə edilib

09:00
27 Yanvar

Lənkəranda 2,1 min nəfər işlə təmin olunub

08:55
27 Yanvar

Göygöldəki meyvəçilik təsərrüfatında yeni soyuducu anbarın tikintisinə başlanılıb

08:50
27 Yanvar

Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərindən danışılıb

08:45
27 Yanvar

Naftalanda yaşıllıqlar inventarlaşdırılır

08:40
27 Yanvar

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

08:35
27 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və rahat

08:30
27 Yanvar

Azərbaycanın gələcək strateji baxışının ifadəsi

08:25
27 Yanvar

Prezident İlham Əliyev Davosda ölkəmizin geoiqtisadi mövqeyini təqdim etdi

08:20
27 Yanvar

Qərbi azərbaycanlıların "Qayıdış hüququ" beynəlxalq müstəvidə öz təsdiqini tapır

08:17
27 Yanvar

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

08:15
27 Yanvar

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlib

08:10
27 Yanvar

Dünyanın nüfuzlu liderlərindən - aparıcı şirkətlərin rəhbərlərinəcən...

08:05
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!