11 Avqust 2024 08:20
706
İQTİSADİYYAT
A- A+
Günəş enerjisi istehsalında yüksək artım gözlənilir

Günəş enerjisi istehsalında yüksək artım gözlənilir

 

Azərbaycanda cari ilin noyabrında keçiriləcək beynəlxalqsəviyyəli mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bütün sahələrdə çiddi hazırlıq işləri görülür. Bununla əlaqədar dünya təcrübəsi, ölkə rəhbərliyinin tövsiyələri, vaxtında bir sıra   normativ-hüquqi aktların qəbulu, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması da öz müsbət təsirini göstərir.   
Xatırladaq ki, Yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125 faizindən istifadə ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını ödəmək mümkündür. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Qazıntı yanacaqları ilə zənginliyinə və dünyada bu enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycan üçün hər zaman prioritet məsələlərdəndir. Ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri bərpaolunan enerji mənbələrindən istifadənin daha da gücləndirilməsi, həmin mənbələr hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialdan istifadə imkanlarının artırılmasıdır. "Biz 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq", - deyən Prezident İlham Əliyev ölkəmizin bu mühüm yolu qət etməyə başladığını və qarşıya qoyulan hədəfə çatmağa iddialı olduğunu açıqlayıb.
Ötən ilin sonunda, su-elektrik stansiyaları da daxil, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt olub ki, bu da ümumi istehsal gücünün təxminən 20,3 faizini təşkil edib. Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi, bu potensialdan istifadə məqsədilə atılacaq addımlar və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər aparılır, xarici investorlar cəlb edilir. 
Günəş enerjisinin yalnız bir çatışmazlığı var - o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisi iki üsulla işlədilir: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Hesablamalara görə, günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi xeyli əlverişlidir. Həmçinin Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün mövcudluğunu nəzərə alsaq, demək, bu regionda günəş energetikasının inkişafı daha perspektivlidir.
Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan bəhrələnmək mümkündür. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilikdəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorları mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq ərazilərdə özünü daha çox doğruldur. Günəş enerjisindən daha səmərəli istifadə onun fotoelementlərdə elektrik enerjisinə çevrilməsi ilə həyata keçirilir. Fotoelementlərdən minlərlə kvadratmetr sahə əhatə edən müxtəlif gücdə elektrik stansiyaları qurmaq mümkündür. Günəş enerjisi  günəşin sutkalıq və mövsümi dövriyyəsindən asılı olmamaqdan ötrü alınan elektrik enerjisi elektrik akkumlyatorları ilə və ya metalhibrid akkumlyatorlarda hidrogen şəklində toplanılır.
Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi beynəlxalq praktikada geniş yayılıb və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri sayılır. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən, dünyanın aparıcı dövlətləri alternativ enerji istehsalı üçün irimiqyaslı stansiyaların tikintisinə başladılar. Hazırda 70-dən çox ölkədə günəş-elektrik stansiyaları fəaliyyət göstərir və yaxın gələcəkdə onların istehsal gücünün artırılması üçün perspektiv layihələr hazırlanıb. Son illərdə Azərbaycan da atmosferə atılan zərərli karbon qazı emissiyalarının çoxluğu zəminində iqlimdəki dəyişikliklər və real ekoloji fəlakətlərlə mübarizəyə qoşulub, bu sahəyə öz töhfələrini verməkdədir. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə 27 QVt həcmində olan iqtisadi potensial bu sahədə iri layihələrin icrasına imkan yaradır. Naxçıvan Muxtar Respublikası, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının ərazisi günəş enerjisi üzrə yüksək potensiala malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayevin açıqlamalarına görə, ilkin qiymətləndirmələrlə  işğaldan azad edilmiş ərazilərin günəş və külək enerjisi, o cümlədən hidroenerji üzrə zəngin potensialı var. Araşdırmalara əsasən, Xızı, Abşeron, Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olduğu müəyyənləşib: "Növbəti aylarda da "yaşıl enerji" istehsalında yüksək artımın şahidi olacağıq. Qeyd etmək yerinə düşər ki, 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası və Cəbrayıl rayonunda tikilən 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyası xarici investisiya cəlb edilməklə icra olunan layihələrdəndir. "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan hökuməti və BƏƏ-nin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələrinə əsasən, Biləsuvar rayonunda 445 MVt, Neftçalanın Bankə qəsəbəsində 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrası nəzərdə tutulur. Bu məqsədlə Nazirlər Kabinetinin 16 aprel tarixli müvafiq qərarları ilə Abşeron və Qaradağ rayonlarında 34,5 hektar, Neftçala rayonunda 973 hektar, Biləsuvar rayonunda 1454 hektar torpaq sahələri bərpaolunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib".
C.Babayev qeyd edib ki, bundan əlavə, Energetika Nazirliyi tərəfindən 100 MVt gücündə Qobustan Günəş-Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə işlər gedir. Bununla bağlı da Nazirlər Kabinetinin müvafiq qərarı ilə 300,77 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisinə ayrılıb.

Qurban MƏMMƏDOV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!