Görmə qabiliyyətini zəiflədən amillər
Kompüter, telefon və digər elektron vasitələrlə uzun müddət vaxt keçirmək görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Həkimlərin dediyinə görə, həmin vasitələrin 4 saat fasiləsiz istifadəsi nəticəsində gözün əzələ sisteminə düşən gərginlik artır və bu, göz yorğunluğuna aparıb çıxarır. Ona görə də onlara gün ərzində ən azı 2 saat dinclik verilməlidir.
AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Vüsalə Əsədova deyib: “Uşaqlarda miopiya adlandırılan uzaqgörmə problemi olduqda elektron vasitələrdən çox istifadə edilməsi həmin prosesin daha da sürətlənməsinə səbəb olur. İstər böyüklərin, istərsə də uşaqların uzun müddət elektron vasitələrdən istifadə etməsi gözdə quruluq yaradır, çünki beyin göz qırpmağı unudur. Gözqırpma sayının azalması isə gözdə quruluğun yaranmasına səbəb olur. Kompüterdən istifadə edənlər onu göz məsafəsində saxlamalıdırlar, yəni göz məsafəsindən daha yüksəkdə olanda göz qapaqları daha çox açılır və bu da quruluğun artmasına səbəb olur”.
Bəzən gözdə ağrı, yanma kimi hallar yaşandıqda həkim məsləhəti olmadan müxtəlif göz damcılarından istifadə edilməsi tövsiyə olunmur. Eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər də elektron vasitələrlə az vaxt keçirməlidirlər.
“Görmə zəifliyinin əsas səbəblərindən biri də şəkərli diabetin təsiridir. Buna tibbi dildə diabetik retinopatiya deyilir. Gözün kökündə, yəni sinir təbəqəsində ciddi qansızmalara, torlu qişa adlandırılan sinir təbəqəsinin qopmasına və görmə qabiliyyətinin tamam itməsinə qədər gedən ciddi xəstəlikdir. Bəzi damcılardan, xüsusilə steroid tərkibli damcılardan uzun müddət istifadə gözdə el arasında “mirvari suyu” deyilən kataraktanın, “qara su” deyilən qlaukomanın yaranmasına səbəb olur. Həkim məsləhəti olmadan damcılardan istifadə etmək düzgün deyil”, - deyə həkim-oftalmoloq bildirib.
Eyni zamanda görməni yaxşılaşdırmaq üçün gözləri gün ərzində azı üç-dörd dəfə məşq etdirmək lazımdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb...
23 Aprel
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
23 Aprel
Fransada beş miqrant həlak olub
23 Aprel
Vladimir Putinin andiçmə mərasiminin tarixi məlum olub
23 Aprel
Ukraynanın itkiləri 500 minə çatıb - Şoyqudan AÇIQLAMA
23 Aprel
İran İsrailə görə Avropaya səsləndi
23 Aprel
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!