Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayandan yalnız ikili standartları müşahidə edirik. Onlar ötən ilin oktyabrında Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrindən razı deyillər. Onların Gürcüstanda parlament seçkilərində hər hansı qanun pozuntusu ilə bağlı heç bir sübutları yoxdur. Çünki seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkilər yüksək standartlara uyğun keçirilib. ATƏT-in müşahidə missiyasının yekun bəyanatında da bu, öz əksini tapıb. Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, onlar hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyiblər.
Bu fikirləri Gürcüstanın AŞPA-da nümayəndə heyətinin üzvü Givi Mikanadze AZƏRTAC-a müsahibəsində deyib.
Deputat bildirib ki, seçkilər ilk dəfə quraşdırılmış elektron maşınlar vasitəsilə aparılıb və ədalətli keçib. AŞPA-da deyilənlər isə reallıqla ziddiyyət təşkil edir. AŞPA-da bəzi qüvvələr Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək istədiklərini deyirlər. Bunu Monitorinq komitəsinin təqdim etdiyi məruzə layihəsində də aydın görürük, nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi üçün şərtlər irəli sürülür.
“Bu şərtlər ondan ibarətdir ki, Gürcüstan yeni parlament seçkiləri keçirməlidir və yeni seçkilərin tarixi aprelədək müəyyən edilməlidir. Bu, tamamilə qəbuledilməzdir. Bu, Gürcüstanın daxili işlərinə müdaxilədir və gürcü xalqının iradəsinə ziddir. Bu, bizim üçün qırmızı xətdir. Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ildə keçiriləcək”, - deyə G. Mikanadze vurğulayıb. O bildirib ki, AŞPA-da ikili standartlar davam edir. “Gürcüstan nümayəndə heyətinin etimadnamələri qeyd-şərtsiz təsdiq olunmalıdır”, - deyə deputat diqqətə çatdırıb.
Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Ağdamda inşa edilən “Hilton Garden İnn” hoteli bölgədə turizmin inkişafına təkan verəcək
Avropa Ukraynaya 30 minə yaxın hərbçi göndərə bilər
MEDİA: Kütləvi kiberhücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk
Ağdam Muğam Mərkəzində tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir
Avropa siyasətçiləri: Müdafiə məqsədlərinə daha çox investisiya qoymağın vaxtı çatıb
“Bakı Metropoliteni” bu il 20, gələn il 10 vaqon alacaq
Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
Günəş elektrik stansiyalarında istehsalın həcmi artıb
Azərbaycanın parlament nümayəndə heyəti ATƏT PA prezidenti ilə görüşüb
Ağdam şəhərindəki 2-ci yaşayış kompleksində tikilən binalarda, ümumilikdə 1268 mənzil olacaq
Qrenadanın Baş naziri Aİ rəhbərinə müraciət edib: Üzr istəyin və köləliyə görə təzminat ödəyin
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib YENİLƏNİB
Yunanıstanın cənubunda hökm sürən quraqlıq Aİ-nin suya qənaət üzrə böyük problemini nümayiş etdirir
Pentaqon 50 milyard dolları Trampın müdafiə prioritetlərinə yönləndirir
Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib
Baş katib: Qurulan yaxşı əməkdaşlıq bütün ölkələr arasında yeni parlamentarilər nəslinin yetişməsinə töhfə verir
“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
Qarşıdakı 5 gün Bakı və Abşeron yarımadasında bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq
AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb
Paytaxtda qar yağacaq, bəzi yollar buz bağlayacaq - Proqnoz
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!