02 May 2024 15:54
202
DÜNYA
A- A+

Geyinilə bilən portativ kondisioner təqdim edilib

Yapon texnologiya nəhəngi “Sony” geyinilə bilən “Reon Pocket 5” kondisionerini təqdim edib. Portativ kondisioner konsepti şirkəti üçün yeni deyil.

İlk dəfə 2019-cu ildə təqdim edilən cihaz müxtəlif inkişaf mərhələlərindən keçərək V versiyasına çatıb. O, termoelektrik soyutma prinsipi ilə işləyir. “Peltier” soyuducusu da adlandırılan sistemdə istilik köçürməsi müxtəlif temperaturlu iki plitə arasında yerləşdirilən yarımkeçirici elektrodlara cərəyan tətbiq edildikdə baş verir. Soyutma isə isti tərəfdən soyuq tərəfə istilik axını təmin etməklə əldə edilir.

İsitmə xüsusiyyətinə də malik olan “Reon Pocket 5” müxtəlif sensorları ehtiva edən, soyutma və qızdırma parametrlərini tənzimləməyə imkan verən “Reon Pocket Tag” adlı başqa bir kiçik modula malikdir. Həmçinin cihazı mobil tətbiq vasitəsilə də idarə etmək mümkündür. Şirkətdən bildirilib ki, sonuncu cihaz əvvəlki versiya ilə müqayisədə 1,5 dəfə yüksək soyutma performansına malikdir və 1,8 dəfə daha uzun batareya (dördüncü səviyyədə 7,5 saat) ömrü təklif edir. Ekonom rejimdə isə cihaz tam 17 saat işləyə bilər və səs-küy səviyyəsində 20 faiz azalma olduğu bildirilir.

“Sony”nin daha əvvəl Yaponiya və Asiya bazarında satılan portativ kondisionerləri ilk dəfə İngiltərədə satışa təqdim edilərək qlobal bazara açılmağı hədəfləyir. Məhsul şirkətin Böyük Britaniya saytında 170 dollara satışa çıxarılıb.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video