12 Fevral 2024 10:40
690
İQTİSADİYYAT
A- A+
Gələcəyimiz günəşli olacaq

Gələcəyimiz günəşli olacaq

 

Azərbaycanda baharın və payızın ömrü qış fəsli ilə müqayisədə daha çoxdur. Bu üzdən qışdan az sonra istilərlə mübarizəyə başlayırıq. Hətta günəş öz odlu nəfəsi ilə yeri-göyü yandırarkən düşünürük ki, kaş bu istilər tez qurtaraydı. Amma fikirləşmirik ki, bu günəş istisinin həyatımızı, ekologiyamızı dəyişəcək qədər qüdrəti var. 
İndi bu, artıq reallığa çevrilib. Bu gün dünyanın  çox ölkəsində  günəş enerjisindən geninə-boluna istifadə olunur. Mütəxəssislərin  hesablamalarına görə,  hər dəqiqə yerə saçılan günəş zərrələri bəşəriyyətin illik enerji tələbatını ödəmək üçün yetərlidir. Hələ ötən əsrin 70-ci illərində SSRİ-də çox geniş olmasa da, günəş-elektrik stansiyalarından səhralıq yerlərdəki yaşayış məskənlərində istifadə olunurdu. Buna baxmayaraq, son illərə qədər bu enerjinin iqtisadi faydası o qədər də diqqət çəkmirdi, əsasən ekoloqlar üçün maraqlı və faydalı görünürdü. Bu gün artıq dünyada günəş əsas enerji mənbələrindən hesab olunur və ondan istifadə etməyə meyil sürətlə artır. 
Yerləşdiyi coğrafi əraziyə görə Azərbaycan günəşli ölkədir, istilik və elektrik enerjisinin alınması üçün hər cür imkanı var.  Demək olar ki, binaların hər birinin damında günəş panelləri yerləşdirmək mümkündür. Mütəxəssislərin fikrincə, məsələn,  ölkə üzrə 1 milyon sosial və ya ictimai əhəmiyyətli binanın damında belə panellər quraşdırmaqla hər birindən 10 kilovat, ümumilikdə təxminən 1000 meqavat elektrik enerjisi əldə etmək olar. Bu da bir ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət olunması deməkdir. Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa da geniş imkanlar açır. Belə ki, ölkə ərazisində günəş şüalanmasının davamiyyəti 2400-3200 saatdır. Alternativ və bərpaolunan enerji mənbələri hesabına quraşdırılacaq yeni generasiya güclərində günəş enerjisinin xüsusi çəkisi isə 73 faiz (günəş-istilik 58, günəş-elektrik 15 faiz) təşkil edir. Beləliklə, Azərbaycanda günəş enerjisinin iqtisadi potensialı 20,000 meqavat həcmində qiymətləndirilir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 3 mart tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji zonası"nın yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən, Qarabağ və Şərqi-Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpaolunan enerji potensialından istifadə etmək nəzərdə tutulub. "Yaşıl enerji zonası"nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan, eləcə də istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji" idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub. 
Ümumiyyətlə, Azərbaycanın bərpaolunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz "yaşıl enerji" ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanda daxili istehlakdan çox "yaşıl elektrik enerjisi" istehsal olunacaq. Bu, daha çox günəş enerjisi hesabına reallaşacaq. Ötən il Qaradağ Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir. Stansiya MDB məkanında ən böyük qurğudur. 
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin inşa etdiyi stansiya 230 MVt gücündədir. 262 milyon dollar xarici sərmayə hesabına tikilən stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunması nəzərdə tutulur. 
Bütün görülən işlərin, reallaşdırılan layihələrin həyata keçirilməsində təbii ki, Prezident İlham Əliyevin  qətiyyəti, iradəsi və  iqtisadi siyasəti mühüm yer tutur. Azərbaycanın, o cümlədən işğaldan azad olunmuş ərazilərin "yaşıl zona" elan edilməsi məhz  İlham Əliyev siyasətinin reallığıdır. Dünyanın  alov içində olduğu, iqlim böhranlarının baş verdiyi bir zamanda COP29-un Azərbaycanda keçirilməsinin qərara alınması da Prezident İlham Əliyevin  nüfuzu, dünyada söz sahibi olması ilə birbaşa bağlıdır.

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!