22 Aprel 2022 02:23
1609
İQTİSADİYYAT
A- A+
Gədəbəy malakanları

Gədəbəy malakanları

 

İki əsrdir onları Azərbaycana bağlayan nədir

 

Ölkəmizin ərazisində tarixən müxtəlif xalqlar və etnik azlıqlar məskunlaşmış və onlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günədək yaşatmışlar. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı ölkəmizdə multikultural dəyərlərin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlər göstərir. Məhz bu baxımdan deyə bilərik ki, Azərbaycandakı mövcud inkişafın, sabitliyin arxasında həm də dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir, ölkəmizdə tolerantlıq cəmiyyətin əxlaq kodeksinə çevrilib. Məhz buna görə də ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri Azərbaycanı özlərinin doğma vətənləri hesab edirlər.

Bunu Gədəbəy rayonunun timsalında daha aydın görmək olar. Burada yaşayan malakanlar heç vaxt özlərini qonaq kimi hiss etmirlər. Malakanlar Gədəbəyin əsasən üç kəndində - Slavyanka, Novosaratovka və Novoivanovka kəndlərində məskunlaşıblar. Bu kəndlərin hər üçü rayonun füsunkar ərazisidir.

Münbit torpağı olan bu kəndlərdə məskunlaşan malakanların özləri də olduqca işgüzardırlar. Hər il əkin sahələrində bol məhsul yetişdirən sakinlər demək olar ki, özlərini kənd təsərrüfatı məhsulları ilə tam təmin edirlər. Novosaratovka kəndinin icra nümayəndəsi Elvin Məmmədov deyir ki, doğrudur, illər keçdikcə kənddə malakanların sayı bir qədər azalır. Lakin bu azalma heç də şəraitlə bağlı deyil. Əsas səbəb gənc nəslin böyük şəhərlərdə yaşamaq istəməsidir.

Malakanların Gədəbəy ərazisinə köçmələrinin tarixi o qədər də qədim deyil. XIX əsrin əvvəllərində rus çariçası II Yekaterinanın dini inanc fərqliliyinə görə Saratovdan sürgün etdiyi malakanların bir hissəsi Gədəbəy ərazisində  məskunlaşdı. Onlar məskunlaşdıqları yeri Saratovun adı ilə əlaqələndirərək Novosaratovka adlandırdılar. Malakanlar köç etdikləri yerdə əhali ilə mehriban ünsiyyət qurmaqla yanaşı, özlərinin adət və ənənələrini, mətbəxlərini, hətta incəsənətlərini də yaşatdılar. Lakin 90-cı illərin əvvəllərində keçmiş sovetlər birliyinin dağılması onların da həyat şəraitinə təsir göstərdi. Ağır iqtisadi şəraitlə bağlı kənd sakinlərinin bir qismi böyük şəhərlərə üz tutdu. Azərbaycanın işıqlı gələcəyinə inanan malakanlar isə kənddə qalıb, həyatlarını davam etdirməyə qərar verdilər.

Novosaratovka Gədəbəyin həmsərhəd kəndlərinə gedən yolun üstündə, səfalı bir yerdə yerləşir. Rayonun digər kəndləri kimi, burada da infrastruktur demək olar ki, yenilənib. Nəticədə tikilən yeni evlərin sayı xeyli artıb. Özü də bir üzü dağlara boylanan kənddə evlər planlı şəkildə tikildiyindən Gədəbəyin füsunkar təbiətinə geniş panorama açılır. Nizamlı əkin sahələri malakanların əməksevərliyindən xəbər verir. Xəstəxanası, mədəniyyət evi, iki kitabxanası, elektron ATS-i olan kənddə bir neçə il bundan əvvəl 480 şagirdlik müasir məktəb binası inşa edilmiş, 100 yerlik uşaq bağçası əsaslı təmir olunmuşdur. Məktəbdə işləyən müəllimlərin arasında Novosaratovka kəndinin sakinləri olan ali təhsilli malakanlar da var. Məsələn, ibtidai sinif müəllimləri Taisa Stepanova və Mariya Alatotsova kimi. Mariya Vorobyova isə 20 ildən artıqdır ki, kənd xəstəxanasında tibb bacısı işləyir.

Kənddə yaşayan sakinlərin dolanışığı əsasən torpaqdan çıxır. Hazırda kənddə 606 hektar əkinəyararlı torpaq sahəsi var. Sakinlər həmin torpaqların bir qarışını da boş saxlamırlar. Onlar hər il sahələrdə taxıl, kartof, kələm, yerkökü və digər  kənd təsərrüfatı məhsulları yetişdirirlər. Kənddə elə ev  yoxdur ki, orada heyvan saxlamasınlar. Son məlumata görə, Novosaratovkada 4 minə yaxın qaramal, 15 minə yaxın davar heyvan saxlanılır. Kənd sakini Lyubov Vorobyova deyir ki, dövlətin kənd təsərrüfatının inkişafı üçün etdiyi bütün güzəştlərdən malakanlar da yararlanırlar.

Ölkəmizi özlərinin Vətəni hesab edən malakanlar hələ Birinci Qarabağ savaşı başlayanda gözlərini qırpmadan döyüşlərə atıldılar. Vladimir Koveşnikov tərəddüd etmədən rayon hərbi komissarlığına gələrək cəbhəyə getməyi xahiş etmişdi. Hərbi təlimlərə cəlb edilən Vladimir döyüş sirlərini mənimsədikdən sonra döyüşlərə qatılmışdı. Lakin döyüşlərin birində ağır güllə yarası alaraq şəhid olmuşdur. O, boya-başa çatdığı Novosaratovka kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Hər il təhsil aldığı məktəbin şagirdləri onun anım gününü qeyd edirlər.

Malakanlarla azərbaycanlılar arasında heç vaxt ayrı-seçkilik olmayıb. Onlar bir ailənin üzvü kimi xeyirdə, şərdə qaynayıb qarışmış, doğmalaşmışlar. Malakanlar Novruzu azərbaycanlılarla, azərbaycanlılar isə Pasxanı malakanlarla birgə qeyd edirlər. Bayram şənliklərində malakanlar öz milli paltarlarını geyinir, milli xörəklərini, rəqslərini və mahnılarını təqdim edirlər. Eyni ilə azərbaycanlılar da malakan bayramlarında onlardan geri qalmırlar. 

Tatyana Stepanova deyir ki, azərbaycanlılardan çox razıdır: "Elə bilirəm ki, doğmayıq. Azərbaycanlıların mehribanlığı və qayğıkeşliyindən nə qədər desən danışmaq olar. Atam Pavel vəfat edəndə azərbaycanlılar olan qonşularım məni tək buraxmadılar. Bütün köməkləri göstərdilər. Mənə belə gəlir ki, insan o yeri doğma hesab edir ki, orada ona isti qucaq açırlar. Novosaratovka da mənim üçün beləcə doğmadır".

Multikultural dəyərlərdən söhbət açanda Nikolay Bıçkovun adını çəkməmək olmaz. Nəinki Novosaratovkada, bütün Gədəbəydə onu yaxşı tanıyırlar. Nikolay öz ata yurdunda maraqlı muzey yaradıb. O, yüzillik məişət əşyalarını, şəkilləri toplayaraq kəndə gələn turislərə nümayiş etdirir. Hər il evində onlarca turist qəbul edir. Rayon tədbirlərində fəal iştirak edən Nikolay Bıçkov həmişə ölkə başçısı İlham Əliyevin 2006-cı ildə Gədəbəyə səfəri zamanı onunla görüşüb söhbət etməsini xoş xatirələrlə yada salır.

Kənddə beynəlmiləl ailələr də qurulub. Məsələn, Cahangir Mariya ilə, Məhəmməd Tanya ilə, Güləli Nadya ilə, Rəhim Nadejda ilə ailə qurub. Ümumiyyətlə, belə cütlüklərin sayı kənddə az deyil.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

16:49
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

16:18
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 0,7 fazi artıb

15:56
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!