19 Sentyabr 2025 08:30
456
İQTİSADİYYAT
A- A+
Füzulidə qarşılanma, Şuşada razılaşma

Füzulidə qarşılanma, Şuşada razılaşma


Azərbaycan və BƏƏ prezidentləri arasında baş tutan budəfəki görüş iki ölkə arasındakı iqtisadi münasibətləri yeni mərhələyə yüksəltdi


Bugünkü dünyada ölkələr sərhədlərlə ayrılsa da, iqtisadi maraqlarla birləşir. İqtisadi diplomatiya artıq sadəcə statistik rəqəmləri özündə ehtiva etmir, həm də qarşılıqlı inamın, strateji baxışın və gələcəyə yönəlmiş əməkdaşlığın göstəricisidir. Bu baxımdan qəti deyə bilərik ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında formalaşan iqtisadi münasibətlər son illər yeni bir mərhələyə qədəm qoyub.

Hər iki ölkə arasında münasibətlərin genişlənməsi təsadüfi deyil, sadəcə bir çox amillərin və strateji yanaşmaların vəhdətindən doğan reallıqdır. Həmin əlaqələrin kökündə tarixi və mədəni oxşarlıqlar, qarşılıqlı siyasi anlaşma, beynəlxalq arenada lobbi maraqlarının üst-üstə düşməsi, eləcə də möhkəm iqtisadi təməl dayanır. Enerji əməkdaşlığı, qarşılıqlı investisiyaların artması, yeni ixrac bazarlarının araşdırılması, genişlənən turizm əlaqələri və Azərbaycanın artan intellektual potensialı bu münasibətləri daha dinamik edir. Və bütün bu sadalananların arxasında siyasi sabitlik, bir-birinə olan hörmət və iqtisadi potensialın düzgün qiymətləndirilməsi dayanır. Obrazlı desək, Rub əl-Xali səhrasındakı qum dənizi ilə Xəzər sahilləri arasında kapital axını, investisiya maraqları və strateji layihələrdən ibarət bir körpü qurulub.

Qeyd edək ki, Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin əsası hələ 1992-ci ildə qoyulub. Amma münasibətlərin ciddi şəkildə iqtisadi yönə istiqamətlənməsi əsasən 2000-ci illərin sonlarından etibarən sürətlənməyə başlayıb. Azərbaycanın zəngin enerji ehtiyatları, BƏƏ-nin isə maliyyə və investisiya imkanları bu əməkdaşlığın təməlində duran əsas faktorlar olub. Son illər ərzində iki ölkə arasında baş tutan qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi, imzalanan sazişlər və təşkil olunan biznes-forumlar isə münasibətləri yeni müstəviyə çıxarır ki, bu da dostluq və strateji iqtisadi tərəfdaşlıq baxımından çox vacibdir.

Bəhs etdiyimiz iki dövlət arasında əməkdaşlığın əsas sütunlarından biri energetikadır. Bu sahə qarşılıqlı maraqların və strateji baxışın kəsişdiyi nöqtədir. Ənənəvi neft-qaz əməkdaşlığını yeni mərhələyə daşıyan əsas faktor isə bərpa-olunan enerji sahəsindəki ortaq təşəbbüslərdir. Xüsusilə BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycandakı iri günəş və külək enerjisi layihələrinə sərmayə qoyması tərəflərin bu günü və sabahı birlikdə qurmaq niyyətlərindən xəbər verir. Qeyd olunan  əməkdaşlıq Azərbaycanın "yaşıl enerji zonası" konsepsiyasına beynəlxalq dəstəyin nümunəsi kimi də diqqət çəkir. Bu, "Masdar" şirkətinin Azərbaycanda alternativ enerji sahəsinə böyük maraq göstərməsi ilə ehtiva olunur. Qaradağda inşa olunan günəş-elektrik stansiyası "yaşıl enerji" strategiyasına beynəlxalq dəstəyin bariz göstəricisidir.

Məhz bu cür layihələrin fonunda dövlət başçıları səviyyəsində atılan addımlar əməkdaşlığa daha ciddi şəkildə təkan verir. Bunu təsdiqləyən ən əlamətdar hadisələrdən biri iki gün öncə Qarabağda gerçəkləşdi. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Prezident İlham Əliyevin şəxsən Füzuli Beynəlxalq Hava Limanında qarşılaması  səfərin mənalı bir jest kimi diqqətçəkən mühüm detalı idi. Səfər çərçivəsində enerji, logistika və "yaşıl texnologiya"lar sahəsində mühüm razılaşmalar əldə olundu. Bu isə onu göstərir ki, Azərbaycan və BƏƏ gələcəyin iqtisadi modelini də birlikdə qurmaq niyyətindədirlər.

Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı səsləndirdiyi fikirlər isə bu strateji tərəfdaşlığın əsas istiqamətlərini və gələcəyə dair ortaq maraqları açıq şəkildə ortaya qoyur: "Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş-Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə qiqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

Azərbaycan liderinin səsləndirdiyi fikirlər əməkdaşlığın gələcək onilliklər üçün də necə möhkəm təməllər üzərində qurulduğunu göstərir. Məlum olduğu kimi, "Qaradağ" Günəş-Elektrik Stansiyası bütövlükdə Xəzər regionunun və MDB məkanının ən böyük günəş enerjisi layihəsidir. 262 milyon dollar dəyərində xarici sərmayə hesabına inşa edilən bu obyekt ölkəmizdə xarici investisiya ilə reallaşdırılan ilk sənaye miqyaslı günəş-elektrik stansiyası kimi tarixə düşüb. Belə nəhəng infrastruktur layihəsini öz üzərinə götürməsi və yüz milyonlarla dollar investisiya yatırması "Masdar" şirkətinin Azərbaycana olan inam və etimadının açıq göstəricisidir. Bu, sadəcə başlanğıcdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, həmin istiqamətdə daha genişmiqyaslı layihələr gələcəkdə reallaşacaq.

Bu baxımdan Azərbaycan ilə BƏƏ arasında qurulan iqtisadi münasibətləri  artıq strateji tərəfdaşlıq adlandıra bilərik.  Həmin əlaqələr qarşılıqlı inamın, siyasi iradənin və gələcəyə yönəlmiş ortaq baxışın göstəricisidir. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə imzaladıqları mühüm sənədlər tərəfdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siqnaldır. Füzuli Hava Limanında baş tutan qarşılanma mərasimi və görüşlərin Şuşada keçirilməsi isə iqtisadi əməkdaşlığa rəsmi və strateji məna qazandırır.

Artıq hər iki dövlət arasında qurulan körpü birgə iqtisadi layihələr, "yaşıl enerji" təşəbbüsləri və gələcəyə dair ortaq baxışla daha da möhkəmlənir. Bu körpü Xəzərin Azərbaycan sahilləri ilə Ərəbistan yarımadası arasında coğrafi əlaqə yaradır, iqtisadi və mənəvi yaxınlığı gücləndirərək regionun gələcəyi üçün  yeni səhifələr açır.

 

Züleyxa ƏLİYEVA ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!