17 Oktyabr 2025 08:05
399
SİYASƏT
A- A+
Füzuli şəhərinin sürətli bərpası dövlətimizin iradəsinin təzahürüdür

Füzuli şəhərinin sürətli bərpası dövlətimizin iradəsinin təzahürüdür


"17 oktyabr tarixi ölkəmizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış mühüm gündür. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu qərar yalnız bir tarixi hadisənin rəsmiləşdirilməsi deyil, həm də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi iradənin, ordumuzun qəhrəmanlığının və dövlətimizin siyasi gücünün təntənəsidir". 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən şanlı səhifələrindən biridir: "30 ilə yaxın müddətdə düşmən tərəfindən möhkəmləndirilmiş istehkamların yarılması, bir neçə müdafiə xəttinin aşılması Azərbaycan Ordusunun peşəkarlığının, döyüş qabiliyyətinin və ruh yüksəkliyinin bariz göstəricisidir. Hərbi ekspertlər Füzuli əməliyyatlarının mürəkkəbliyini etiraf edərək, bu uğurun qısa zamanda əldə edilməsini mümkün hesab etmirdilər. Lakin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bu döyüşlərdə gücünü və iradəsini bir daha sübut etdi. Füzuli şəhərinin azad olunması təkcə hərbi baxımdan deyil, strateji əhəmiyyətinə görə də müharibənin gedişatında dönüş nöqtələrindən birinə çevrildi. Ordumuzun gücü qarşısında düşmən müqavimətini itirdi, silahlarını ataraq geri çəkilməyə məcbur oldu. Bu fakt Azərbaycan Silahlı Qüvvələrinin müasir, texnoloji və yüksək döyüş hazırlıqlı bir ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.

 Bu əzəmətli zəfərin nəticəsi olaraq, 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi və hərbi qulluqçularımız bu medal ilə təltif olundu. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək dəyərin təzahürüdür". 

Deputatın sözlərinə görə, Füzuli azad edilmiş ərazilər arasında minalarla ən çox çirklənmiş bölgədir. İlkin hesablamalara əsasən, burada 100 mindən artıq mina basdırılıb. Bu fakt Ermənistanın müharibə cinayətləri törətdiyini, insanlıq əleyhinə əməllər həyata keçirdiyini bir daha sübut edir. Minalanmış ərazilər təkcə insan həyatına deyil, həm də sosial-iqtisadi bərpa işlərinə ciddi maneələr yaradır. Dövlətimiz bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini minalar probleminə yönəltməkdə davam edir.

 Fatma Yıldırım qeyd edib ki, Füzuli şəhəri yenidən qurulur, dirçəlir, həyata qayıdır: "Böyük qayıdış prosesində Füzuli öncül yerdə durur və şəhərin sürətli bərpası dövlətimizin siyasi iradəsinin və güclü sosial siyasətinin təzahürüdür. Cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə Füzuli şəhərinin bərpası, infrastrukturların yenidən qurulması istiqamətində irimiqyaslı layihələr reallaşdırılır. 2023-cü ilin mart ayında "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənmişdir. "Füzuli" yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu mühüm infrastruktur layihələr Füzulinin yenidən dirçəlməsinə və Böyük qayıdışın sürətlənməsinə xidmət edir". 

2023-cü ilin avqust ayından başlayaraq Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşmağa başladı. Fatma Yıldırımın sözlərinə görə bu, sadəcə, fiziki qayıdış deyil. Bu həm də milli kimliyimizə, tarixi yaddaşımıza və doğma yurdlarımıza dönüşün simvoludur. İndiyə qədər 824 ailə - 3141 nəfər füzulili doğma torpaqlarına qayıdıb. 2026-cı ilin sonunadək 22 min insanın yalnız Füzuli rayonunda məskunlaşması nəzərdə tutulur. Bu, dövlətimizin strateji baxışının və planlı şəkildə həyata keçirilən sosial-iqtisadi inkişafın nəticəsidir. 

Böyük qayıdış çərçivəsində həyata keçirilən layihələr beynəlxalq əməkdaşlıq ruhunu da özündə əks etdirir. Qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə yüksək standartlara cavab verən və geniş infrastruktura malik Mirzə Uluqbəy adına məktəbin inşası bu birliyin bariz nümunəsidir. Qardaş Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi mədəni infrastruktur olmaqla yanaşı, iki ölkə arasında mənəvi körpünün, dostluğun və ortaq dəyərlərin simvoludur. 

Deputat bildirib ki, Füzuli bu gün həm inkişafın, həm də milli iradənin timsalına çevrilib. "Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və güclü liderliyi nəticəsində Böyük qayıdış gerçəyə çevrilir. Hər bir köç karvanı, inşa edilən məktəb və mədəniyyət ocağı bu torpaqların dirçəlişini müjdələyir. Biz bir millət olaraq bundan həm qürur duyuruq, həm də yeni reallıqlar fonunda işğaldan azad olunmuş torpaqlarımızda davamlı sülh, rifah və inkişaf üçün birgə çalışırıq. Füzuli xalqımızın gücünü, dövlətimizin iradəsini və regional həmrəyliyi nümayiş etdirən parlaq örnəkdir. Füzuli Şəhəri Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirəm", - deyə Fatma Yıldırım bildirib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!