29 Aprel 2023 22:35
1540
Səfərlər
A- A+
Azərbaycan və Türkiyə prezidentləri “CNN Türk”ün müxbirinin suallarını cavablandırıblar 

Azərbaycan və Türkiyə prezidentləri “CNN Türk”ün müxbirinin suallarını cavablandırıblar 

“TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “CNN Türk” televiziyasının müxbiri Fulya Öztürkün suallarını cavablandırıblar.

AZƏRTAC xəbər  verir ki, Prezident İlham Əliyev müsahibədə deyib: Çox xoşbəxtəm ki, qardaşımın yanındayam, burada da olmalıyam. Bu gözəl, möhtəşəm bayramı bərabər qeyd etdik, təbriklərimizi çatdırdıq. Mən söylədim ki, bu il artıq üçüncü dəfədir Türkiyədəyəm. İndi növbə qardaşımındır. İnşallah, seçkilərdən sonra onu Azərbaycanda gözləyirik.

Fulya Öztürk: Mehriban xanım da buradadır. Salam, necəsiniz?

Mehriban xanım Əliyeva: Salam, sağ olun. Çox qürur duyuruq.

Əminə xanım Ərdoğan: Bu xoş günü birlikdə qeyd edirik və buna görə çox təşəkkür edirik. Bu xoş günümüzdə bizimlə olduqlarına və zəlzələ zonasında etdikləri yardımlara görə sonsuz təşəkkürlərimizi bildiririk.

Mehriban xanım Əliyeva: Sağ olun. Çox böyük qürur duyuruq.

Fulya Öztürk: “TEKNOFEST” ötən il Azərbaycanda keçirilmişdi, yenidən təşkil olunacaqmı?

Prezident İlham Əliyev: Gözləyirik, əlbəttə, keçiriləcək. Mən dedim ki, Azərbaycanda “Bayraktar” Mərkəzi qurulacaq, “TEKNOFEST” yenə də gələcək. Keçən il çox gözəl bir tədbir keçirildi. Gözləyəcəyik, sizi də gözləyirik.

Fulya Öztürk: İnşallah, gələcəyik. İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?

Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.

Prezident İlham Əliyev: Gör, nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.

Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.

Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.

Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.

Səmada nümunəvi uçuşlar edən “Kızılelma” və “Akıncı” PUA-larını göstərən Selçuk Bayraktar dedi: “Kızılelma” və “Akıncı” bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir.

Prezident İlham Əliyev: “Akıncı” və “Kızılelma”.

Fulya Öztürk: Nümunəvi uçuş edirlər.

x x x

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”in keçirildiyi məkandan ayrılarkən yenidən Fulya Öztürkün suallarını cavablandırıblar.

Fulya Öztürk: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev hazırda “Togg” avtomobilindədirlər. “Togg”u idarə etmək necə hissdir?

Prezident İlham Əliyev: Gözəl, çox gözəl.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bu qızı tanıyırsan?

Prezident İlham Əliyev: Təbii ki, tanıyırıq. Bu, bizim qızdır. İkinci Qarabağ savaşında ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə kədərləndi, bizimlə sevindi, Qələbəni də bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır.

Əminə xanım Ərdoğan: Maşallah, qəhrəmandır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Əsl vətənpərvərdir.

Fulya Öztürk: Biz qardaşıq.

Prezident İlham Əliyev: Bəli.

Fulya Öztürk: Cənab Prezident, necəsiniz? Sağlamlığınız necədir?

Prezident Rəcəb Tayyib Ərdoğan: Şükür olsun, çox yaxşıyam.

Prezident İlham Əliyev: Maşallah, hər kəsdən daha gözəl, cavan, gənc.

Fulya Öztürk: Cənab Prezident, Sizi yaxşı gördük, maşallah.

Prezident Rəcəb Tayyib Ərdoğan: Sağ ol.

Fulya Öztürk: Çox təşəkkür edirəm, yolunuz açıq olsun.

Prezident İlham Əliyev: Sağ ol.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!