18 İyul 2022 14:28
697
CƏMİYYƏT
A- A+
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı tədbirləri davam etdirir

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin aidiyyəti qurumlarının Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə birgə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi “Azneft” İB-nin Bibiheybət Neft Qazçıxarma İdarəsinin 3-cü mədən ərazisində baş tutub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib ki, həmin ərazinin ümumi sahəsi təxminən 90 hektardır: “40 hektar ərazidə yerləşən Mərkəzi Neft Yığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün beş ədəd çən mövcuddur. Bunların beşi 2000 kubmetr, iki çən isə 1000 kubmetr həcmdə xam neftin saxlanması üçün nəzərdə tutulub və 500 metr məsafədə yerləşən Neft Kəmərləri İdarəsinə bu çənlərdən neft nəql olunur. Ərazidə 150 quyu, 70 ədəd mancanaq dəzgahı, neft çöküntüləri yığılan kiçik həcmli çənlər, kollektor və boru xətləri, qaz kompressor və separator qurğuları, neft qızdırıcı sobalar mövcuddur. Bununla yanaşı, ərazidən “Azərişıq” ASC-yə məxsus 110 kilovoltluq yarımstansiyadan ayrılan yüksək gərginlikli elektrik xətləri, “Azəriqaz” İB-yə məxsus Badamdar qəsəbəsi Qaz təmizləyici məntəqəsindən ayrılan 325 millimetrlik orta təzyiqli qaz boru kəməri keçir. Bir sözlə sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından bu ərazi riskli yaşayış zonası hesab edilir. Ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir.

Belə ki, yaxınlıqda inşaat işləri aparan şəxslər, yaxud şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub. Mövcud vəziyyəti qiymətləndirən FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ərazilərin təmiz saxlanılması sahəsində cavabdeh olan bütün aidiyyəti qurumların əlaqədar təşkilatlarına qarşı mütəmadi olaraq yanğın təhlükəsizliyinə dair tələblər irəli sürür, o cümlədən inzibati tədbirlər görür. Bununla belə, hələ də belə hallar qalmaqdadır.

Qeyd edək ki, bu gündən etibarən Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə əlaqədar qurumların, kommunal təsərrüfat işçilərinin cəlb edilməsi ilə ərazinin kol-kosdan, qamışlıq sahələrindən, tullantılardan təmizlənməsi, neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə geniş miqyaslı abadlıq işlərinə start verilib.

A.Kazımov vurğulayıb ki, xüsusilə neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos qamışlıq sahələrinin təmizlənməsinə nail olunması məqsədilə rayon kommunal təsərrüfat işçilərinə ilkin olaraq məhz həmin sahələrdən işlərə başlanması tapşırılıb.

Sonrakı mərhələdə ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılmalı və məişət tullantıları ərazidən kənarlaşdırılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!