25 Iyun 2024 17:28
396
İQTİSADİYYAT
A- A+

Fond: “GEMS Education”a investisiya qoyulması ARDNF-nin qlobal arenada etibarlı investor kimi qəbul edilməsinin göstəricisidir

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) “GEMS Education” təhsil müəssisəsinə yatırdığı investisiya ilə bağlı bəzi məlumatları açıqlayıb.

Fonddan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ARDNF uzunmüddətli dövr ərzində optimal portfelin qurulması ilə gəlirliliyin artırılması, eləcə də baş verən makrotrendləri izləmək məqsədilə alternativ maliyyə alətlərinə investisiyalar həyata keçirir.

“Bu kontekstdə “GEMS Education” təhsil müəssisəsinə 100 milyon dollar həcmində investisiya da alternativ alət olaraq infrastruktur investisiyası kimi həyata keçirilib. Bildirək ki, hal-hazırda BƏƏ-də yerləşən 40-dan çox GEMS məktəbində 135 000-dən çox şagird təhsil alır. Ümumilikdə, ARDNF-in investisiya fəaliyyətinin ana xəttini təşkil edən qlobal indekslər və müvafiq bençmarklara uyğun olaraq fondun portfelinin əhəmiyyətli hissəsini inkişaf etmiş ölkələrə olan yatırımlar təşkil edir. Bununla yanaşı, fond inkişaf kursu götürmüş və yüksək böyümə potensialına malik regionların və müvafiq sektorların da səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq müvafiq investisiyalar həyata keçirir. Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksəkkeyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir. “GEMS Education” kimi beynəlxalq səviyyədə tanınmış və geniş şəbəkəsi olan bir şirkətə investisiya nəhəngləri ilə eyni konsorsiumda müştərək investisiya qoyulması, ARDNF-in qlobal arenada nüfuzlu tərəfdaş və etibarlı investor kimi qəbul edilməsinin bariz göstəricisidir”, - deyə açıqlamada bildirilir.

Fondun “GEMS Education”a olan investisiya qoyuluşunun hansı müddəti əhatə edəcəyi ilə bağlı ARDNF-dən bildirilib ki, ümumilikdə qurumun yüksək gəlirlilik hədəflədiyi alternativ maliyyə alətlərinə investisiyaları uzunmüddətli (5-8 il) xarakter daşıyır: “Belə ki, sabit gəlirli qiymətli kağızlar və kotirovka olunan səhmlərdən fərqli olaraq, bu tip maliyyə alətlərinə investisiyalar qapalı şəkildə həyata keçirilir və qeyd edildiyi kimi uzunmüddətli dövrü əhatə edir. ARDNF-in alternativ maliyyə alətlərinə yatırımları yüksək böyümə perspektivi vəd edən aktivlərdir və ARDNF-in xüsusi fondlar vasitəsilə etdiyi investisiyaları idarə edən şirkətlər bir qayda olaraq müxtəlif idarəetmə üsullarından istifadə edirlər. Belə ki, onlar investisiya etdiyi şirkətlərin əlverişli böyümə imkanlarından faydalanaraq maliyyə göstəricilərini daha da yaxşılaşdırmağı, investisiyanın dəyərini artıraraq yüksək gəlirliliyin təmin edilməsi ilə uyğun bazar konyukturasında bu investisiyalardan çıxmağı hədəfləyir. Təbiidir ki, şirkətlərin böyüməsi və potensiallarının genişlənməsi üçün müəyyən vaxt tələb olunur və bu investisiyaların arzuolunan göstəricilərə çatması ən azı bir neçə il tələb edir”.

Qeyd edək ki, ARDNF investorlar konsorsiumun üzvü kimi dünyanın ən böyük özəl təhsil müəssisələrindən biri olan və Dubayda yerləşən “GEMS Education” şirkətinə 100 milyon dollar məbləğində yatırım edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkəti həyata keçirib. Sözügedən konsorsiumda “Brookfield Asset Management” şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları iştirak edib. Özəl səhm bazarında əsas hədəf sahələri infrastruktur xidmətləri, sənaye və biznes xidmətləri olan “Brookfield Asset Management” şirkəti 1899-cu ildə yaradılıb və hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard dollara çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video