Fərid Qayıbov Qubada idman festivalının iştirakçıları ilə görüşüb
Qubada keçirilən "İdman festivalı-2023" davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə də idmançılar üçün əyləncəli-maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı və digər fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Günün ikinci yarısında isə gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. İdmançılarla səmimi söhbət edən nazir onlarla yaxından tanış olub və suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbçilər də iştirak ediblər.
Festivalda hərbçilərin maraqlı nümayişi baş tutub.
Sonda xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ziyafət Əsgərov: Hərbçilərin mənzillə təmin olunması bundan sonra da davam edəcək
05 Dekabr
Pərviz Şahbazov: Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir...
05 Dekabr
Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb
05 Dekabr
Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA...
05 Dekabr
Rusiyanın hərbi obyektləri VURULDU
05 Dekabr
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib
05 Dekabr
İran prezidenti Rusiyaya gedir - SƏBƏB
05 Dekabr
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb
05 Dekabr
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!