20 Sentyabr 2022 01:15
4817
SİYASƏT
A- A+
Fəal vətəndaş mövqeyi

Fəal vətəndaş mövqeyi

 

Niyə on milyon on nəfərin cavabını vermir

 

Bir zamanlar hər bir insandan fəal həyat mövqeyi göstərməsi tələb olunurdu.

Dövr və zaman dəyişsə də, aktuallığını itirməyən tələbdir.

Əslində, heç kəs ətrafında baş verənlərə loyal və passiv, seyrçi münasibət bəsləməməlidir!

Heç kəs xalqının, dövlətinin taleyi ilə bağlı məsələlərə soyuq və biganə yanaşmamalı, yaşadığı dövlətin, mənsub olduğu xalqın övladı olduğunu bir an belə unutmamalıdır!

Təbii ki, söylənilənlər dövlətinə, xalqına, milli maraqlarına xain çıxanlara, Vətənini pula və şəxsi rifahına satanlara aid deyil!

Bəs hazırda tarixinin ən çətin, ən gərgin, ən məsuliyyətli, ən şərəfli və sınaqlı dövrlərindən birini yaşayan Azərbaycan vətəndaşlarının hamısı ətrafında baş verənlərə fəal münasibət bəsləyirmi?

Həm də təkcə real həyatda deyil, virtual məkanda da!

 

Rəzalət damğası daşıyanlar

 

"Erməni qanı" elə bir qandır ki, ondan bircə damcı istənilən adamın damarına düşəndə insanı büsbütün dəyişdirir:

* Həmin adamda yalançılıq, satqınlıq və riyakarlıq baş qaldırır;

* Yaltaq və böhtançı olur;

* Özündən başqa heç kəsi bəyənmir;

* Özünü ali düşüncəli, ali siyasətçi sayır;

* Gördüyü hər şeydə pislik axtarır, tapmayanda özündən uydurur;

* Nankor və qədirbilməzə çevrilir;

* Millətini və vətənini itirir, özünü "demokrat", yüksək vəzifə tutmağa "layiq" birisi sayır;

* Yalan olduğunu bilərəkdən söylədiklərinin həqiqət kimi qəbul edilməsinə çalışır;

* Türkün və Azərbaycan xalqının düşməninə çevrilir;

* Ən nəhayət, insanlığını birdəfəlik itirir!

Bu, hazırda "erməni çörəyi" yeyənlərə, antiazərbaycançı şəbəkədən, erməni əsilli milyarderlərin yaratdığı QHT-lərdən maliyyələşənlərə də aiddir.

Bütün bu əlamətləri özlərində ehtiva edənlərə hər gün sosial şəbəkədə rast gəlirik.

Hətta belələrinin ən parlaq təmsilçiləri sayılanların: Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Qubad İbadoğlu, Fuad Qəhrəmanlı, Altay Göyüşov, Tural Sadıqlı, Qabil Məmmədov, Sevinc Osmanqızı, Qənimət Zahid, Manaf Cəlilzadə, Əfqan Muxtarlı və qeyrilərinin mövqelərinə, dediklərinə və həqiqət kimi qələmə vermək istədiklərinə baxanda damarlarında bircə damcı azərbaycanlı qanı qaldığına da heç vəchlə inana bilmirsən!

Mənsub olduğu (nə vaxtsa) millətə, doğulduğu torpağa, müstəqillik qazanan dövlətinə, minlərlə şəhid verərək öz torpaqlarını geri qaytaran keçmiş həmvətənlərinə (başqa cür söyləmək mümkün deyil) onlarda bu qədər nifrət, kin və barışmazlıq hardandır?!

Nədən qaynaqlanır?!

* Niyə onlar Azərbaycan xalqının qələbələrini, uğurlarını, nailiyyətlərini görmək və qəbul etmək istəmirlər?!

* Niyə onlar 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizə sevinmirlər?!

* Niyə onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyri-adi qəhrəmanlığını, diplomatiya və informasiya müharibəsində təkbaşına qazandığı qələbələri etiraf və qəbul edə bilmirlər?!

* Niyə onlar Qarabağı yerləyeksan edən, bir milyondan çox azərbaycanlını el-obasından didərgin salan, məscidlərimizdə donuz saxlayan ermənilərin tərəfini can-dildən saxlayır, bizə qarşı söylədikləri yalan və böhtanlarını müdafiə edirlər?!

* Niyə onlar Azərbaycan xalqına və dövlətinə qarşı pis, xoşagəlməz bir hadisə, uğursuzluq baş verəndə sevinir, ayaq alır, sanki özlərində bir mənəvi rahatlıq tapırlar?!

Bütün bunlar antiazərbaycançı şəbəkədən pul, qrant almaqmı üçündür?

Bütün bunlar xaricdə - Avropada, ABŞ-da yaşamaq hüququ qazanmaqmı üçündür?

Kimdənsə pul qoparmaq üçün Vətəni satmaq vacibdirmi?

Qrant almaq üçün xalqına, millətinə hökmən xəyanətmi etməlisən?

Xaricdə yaşayırsan, get yaşa, necə deyərlər, can sənin, cəhənnəm Tanrının!

Amma orda yediyin çörəyi Azərbaycan əleyhinə xaincəsinə fəaliyyət göstərməkdənmi qazanmalısan?

Zəhəriniz olsun!

 

Rəzillərin rəzilliyi

 

* Azərbaycanın uğur və nailiyyətlərini görməzliyə vuraraq erməni yalanlarına dəstək vermək rəzillikdir!

* Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki xidmətlərini unutmaq və danmaq xainlikdir!

* Prezident İlham Əliyevin diplomatiya və informasiya müharibəsindəki real nəticə verən gediş və qələbələrini dəyərincə qiymətləndirməmək satqınlıqdır!

* Tovuz döyüşlərində, "Qisas" əməliyyatında, habelə 12-13 sentyabr "Qətiyyətli cavab" toqquşmasında Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq cəhdləri şərəfsizlikdir!

* Şəhid adını, şəhid itkisini alver predmetinə çevirmək alçaqlıq, xalqımıza, dövlətimizə və milli dəyərlərimizə xəyanət və qəsddir!

* Qarabağ müharibəsində, bu yolda aparılan siyasətə və görülən işlərə "mız" qoymaq, haqqı nahaqqa vermək ermənidən də betər ermənilikdir!

* Azərbaycana badalaq gəlib, erməniyə dolayısı ilə dəstək vermək südünə və torpağına qarşı murdarlıqdır!

Belə davrananların alınlarında rəzalət damğası daşıdıqlarına, rəzillərin rəzili, alçaqların alçağı olduqlarına zərrə qədər də şübhə yoxdur!

 

Passivlik, yoxsa mövqesizlik

 

Nə üçün Azərbaycanın əleyhinə danışanlar, fəaliyyət göstərənlər birləşə bilir, Vətənini sevənlər isə həqiqəti deməkdən çəkinirlər, internet resurslarında, sosial şəbəkələrdə fəallıq göstərmirlər, şərçilərin ağzından vurmurlar?

Niyə həqiqətin nə olduğunu gözəl bilsək də, yalanın ayaq tutmasına, yeriməsinə mane olmuruq, əksinə, susqunluğumuzla buna şərait yaradırıq?!

Kimdənsə qorxuruq, çəkinirik?

Axı çoxluq heç zaman azlıqdan qorxmamalıdır!

Axı həqiqət heç bir halda yalan və böhtan qarşısından geri çəkilməməlidir!

Böyük Sabiri yada salaq:

Neyləməli, göz görür, əqlim kəsir,

Mən Günəşi göydə dana bilmərəm!

Axı Günəşi danırlar, ağa qara deyirlər, biz isə sosial şəbəkədəki belə rəzil statusları oxuyub dodağımızın altında deyinməklə, hərdən söyməklə kifayətlənirik!

Niyə gözümüzün gördüyü və əqlimizin kəsdiyi həqiqətləri müdafiə etmirik?

Sözdə yox, əməldə!

Dodaqaltı deyinməklə yox, iş görməklə!

Yalan statusun qarşısında doğru sözümüzü, həqiqəti yazmaqla və deməklə!

Nə vaxtadək şərçiyə və şərəfsizliyə dözəcəyik!

Nə vaxtadək xalqın, dövlətin, torpağın taleyüklü məsələlərinin həlli zamanı susmaqla yaxamızı kənara çəkəcəyik!

Bəs onda Vətəni xəyanətkarlardan kimlər qoruyacaq?

Yalnız polis, hərbçi, xüsusi xidmət orqanı?

Bəs bizim vicdanımız, bəs bizim dəstəyimiz?

Axı 90-cı illərdə göstərdiyimiz prinsipsizlik, seyrçilik 30 illik işğala yol açdı!

Əvvəlki səhvləri yenəmi təkrar etməliyik?

Axı həmin səhvlərin altını siyasətbazlar deyil, zəhmətkeş xalq çəkməli olur!

Adətən, Ermənistan-Azərbaycan sərhədində hər hansı bir münaqişə, toqquşma baş verdikdə, yaxud Azərbaycan Ordusu təhlükələri önləmə, yaxud "Qisas", "Qətiyyətli cavab" əməliyyatı keçirdikdə dünya erməniliyi ayağa qalxır, şər və böhtan "maşını" (etiraf edək ki, son dərəcə təkmil mexanizmdir) işə salınır.

ABŞ, Fransa və Rusiyadakı erməni diasporları ələ aldıqları siyasiləri "öz üsulları ilə" fəallaşdırır, təhrif olunmuş, yalan informasiya ilə "silahlandırır" və BMT də daxil bütün beynəlxalq qurumlardakı qeyri-ermənilərdən təşkil olunmuş erməni xoru "məşhur mahnılarını" ("Azərbaycan sülh danışıqlarını pozur", "Ermənistan ərazisinə təcavüz edir" kimi), köhnə bayatılarını səsləndirir, "status", "ATƏT-in xortladılması" barədə sarsaqlamalarından nəqarət kimi istifadə etməklə oxumağa başlayırlar.

Eyni komanda ilə antiazərbaycançı şəbəkənin ölkəmizdəki və ölkəmizdən kənardakı qulbeçələri də banlamağa başlayırlar.

İfa tərzləri az-çox fərqli olsa da, həmin mahnıların sözləri eyni olur!

Belə ki, eyni mətbəxdə - erməni mətbəxində hazırlanıb bişirildiyi dərhal sezilir.

Artıq bu hala nə Azərbaycanda, nə də qeyri yerlərdə heç kim təəccüblənmir.

Çünki məsələ gün kimi aydındır: pulu kim verirsə, mahnını da o sifariş edir!

Bura qədər deyilənlər hamıya və hər kəsə bəlli olduğundan çoxdan adiləşib, şablona çevrilib:

Dirijorun çubuğu tərpənən kimi xəyanət xoru həvəslə ifaya başlayır.

 

Qulağıkəsiklər

 

2020-ci ilədək "5-ci kolon"un, anti-azərbaycançı şəbəkənin qulbeçələrinin əllərində ən böyük arqument o idi ki, "Azərbaycan işğalla barışıb," "torpaqları geri qaytarmaq niyyətində deyil", "sülh danışıqları ilə baş qatır" və s.

Hətta bir çoxu ictimai şəkildə döşünə döyərək bəyan edirdi ki, "bircə kənd belə işğaldan azad olunsa, qulağımı kəsəcəm!"

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində torpaqları işğaldan azad edərək onların bu çərənnəmələrinin qarşısına təkzibedilməz fakt qoydu!

Amma illər boyu baş aparanların heç birinin kişiliyi çataraq qulağını kəsmədi!

Əvvəla, kişi verdiyi sözə əməl edər, həyasızcasına dil-boğaza qoymamaq isə rəzil peşəsidir!

İkincisi, uzun qulaq onlara çox yaraşır, ona görə kəsib qulaqlarını qısaltmadılar...

Bu gün isə şəhidlərlə, xalqın itkiləri ilə siyasət qurmaq, söz oynatmaq yalnız vətən xainlərinə yaraşır.

Qeyrətləri olsaydı, gəlib orduya yazılar, döyüşlərdə iştirak edər, torpaqların azad edilməsinə şəxsi töhfə verərdilər, qaçıb xaricdə gizlənməzdilər!

Qaçıb xaricdə şellənmək, erməniyə bircə güllə belə atmadan Qarabağın azadlığından danışmaq yalnız xainlərə, şərəfsizlərə və rəzillərə yaraşan haldır!

İndiki halda qəbul etmədiyimiz, başqa sözlə, qəbul edilməyən məqam isə bambaşqadır.

Azərbaycanda milyonlarla vətənpərvər: torpağını, xalqını, dövlətini sevən, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən, şəhid verən, ömürlük əlil olan, məşəqqətli köçkün həyatı yaşayan, bu münaqişədən hədsiz əziyyət çəkən insanlar, onların qeyrətli övladları var!

İndi cibində telefon gəzdirməyən, ocial şəbəkənin müxtəlif platformalarında olmayan, hər gün saatlarla status yazıb-oxumayan, yutubdakı süjetlərə, Tik-toka baxmayan demək olar ki, yoxdur!

Hamı da görür ki, Azərbaycana qarşı necə böhtan, qarayaxma kampaniyası gedir!

Hamı da görür ki, haqlı olduğumuz halda necə də bizi borclu çıxarmağa çalışanlar, hətta öz torpaqlarımızı qan tökərək geri qaytardığımıza görə bizi hədələyənlər, təhdid edənlər, qınayanlar var!

Belələri böyük həvəslə “erməni xoruna” əl çalır, onların səsinə səs verir, nəqarətlərinə qoşulub səslərini gücləndirməyə çalışırlar!

İkili standartlardır, başa düşürük!

Bəs yuxarıda sadaladığımız milyonlar, əsl azərbaycanlılar, vətənsevərlər, müharibədə zərər çəkib qurban verənlər, torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyənlər, bütövlükdə bütün vicdanlı insanlar niyə susqunluq göstərirlər?!

* Niyə yalan yazıb böhtan atanların ağızlarından vurub əsl həqiqətləri söyləmirlər?!

* Niyə əsl həqiqətləri deməyə və yazmağa tənbəllik edirlər?!

* Niyə xainləri, satqınları ifşa edən faktları, onların antimilli əməllərini göstərərək gözlərinə soxmurlar?!

* Niyə kəsikqulaqlıların yaramaz əməllərini davam etdirmələrinə soyuq və laqeyd yanaşırlar!

* Niyə xainlərlə xainlərə layiq tərzdə davranmırlar?!

* Niyə dili gödəklərin dillərini Azərbaycan həqiqətləri, qeyrətli əsgər və zabitlərimizin, şəhidlərimizin, ordumuzun, ən nəhayət, Müzəffər Ali Baş Komandanımızın konkret qəhrəmanlıqlarını, şücaətlərini, əsl azərbaycanlıya xas mərdliklərini, hünər və fədakarlıqlarını təsdiq edən, ən yaxın tariximizdə baş verən və hələ də yaddaşlarda yaşayan faktlarla kəsmirlər?!

Yalançı yalanını yorulmadan, usanmadan söyləyir, təkrar edir, doğruçular, vətənpərvərlər, qeyrətlilər və Vətənə həqiqətən xidmət edib təəssübünü çəkənlər isə susurlar!

Qorxurlar?

Kimdən, ermənidən, xəyanətkarlardan, yoxsa onlara dil verənlərdən?

Çəkinirlər, ehtiyat edirlər?

Vətəndən qaçıb xaricdə gizlənən, yaxud adını "müxalifət", "jurnalist", nə bilim nə qoyaraq demokratik mühitimizdən istifadə edərək bizə qarşı düşmənçilik edənlərdən?

"Azərbaycan üçün nə qədər pis olarsa, bizim üçün o qədər yaxşıdır" əqidəsində olanlardan?

Əslində, xain xoflu olar, xain qorxaq olar - həmişə bunu belə görmüşük!

Bəlkə belələrinə cavab verməyə, yalan statuslarını ifşa etməyə vaxtımız yoxdur?

İndi hər gün saatlarla telefonunu ələk-vələk eləməyən bir nəfər belə tapmaq çətindir!

Ürək ağrısı ilə sözümüzün əvvəlinə qayıdırıq:

Çünki fəal vətəndaş mövqeyimiz yoxdur!

Xəyanətkarı, yalançını, satqını ifşa etməyi həmişə "xüsusi xidmət orqanları"nın işi saymağa adət etmişik...

Bəlkə də qorxuruq ki, çönüb bizə də nəsə deyərlər, bizi də söyərlər!

(Söyülənlərin hansından artığıq ki?!)

Bax, bu mövqe ilə xainləri sosial şəbəkə qəhrəmanlarına çeviririk!

Bax, bu yanaşma ilə antiazərbaycançı şəbəkəyə meydan veririk, qol-qanad açmalarına imkan yaradırıq.

Bax, belə bir qorxaq xarakterlə Vətənimizin həqiqi vətənpərvəri ola bilmirik!

Bəlkə düşünək!

Bəlkə özümüzü bir qədər dəyişməyə çalışaq!

Bəlkə haqlı, ədalətli, obyektiv və vətənpərvər mövqeyimizi birlikdə müdafiə edək, həm də fəal şəkildə!

Xainlərin, satqınların, "5-ci kolon" üzvlərinin, vətəni sataraq xaricdə yaşasalar da, çörəklərini Azərbaycana düşmənçilikdən çıxaranların hər birinə biz də birlikdə, birləşərək cavab verək!

Yoxsa onlar bizim boş buraxdığımız meydanda çox at oynadacaqlar!

Yoxsa onlar öz yalanları ilə əsl həqiqətlərimizə daim kölgə salmağa çalışa caqlar!

Yoxsa onlar xəyanət əməllərini yorulmadan davam etdirəcəklər!

Necə deyərlər, güc birlikdədir!

Bu gün Azərbaycan hərb meydanında da, diplomatiya sahəsində də düşməndən qat-qat güclüdür!

Biz birləşsək, fəal və qətiyyətli olsaq, informasiya savaşında da meydanı ələ ala bilərik!

Unutmayaq: mübarizə, münaqişə, müharibə bitməyib, hələ də bütün cəbhələrdə davam edir!

Birləşmək, şərə və yalana, xəyanətkarlara birlikdə qalib gəlmək vaxtıdır!

 

Bəxtiyar SADIQOV

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!