08 May 2023 18:42
5503
CƏMİYYƏT
A- A+
Evdə suşi hazırlamaq istəyirsiniz? - OXUYUN

Evdə suşi hazırlamaq istəyirsiniz? - OXUYUN

 

Yapon mətbəxinin dominant ləzzəti olan suşi, hazırda marketlərdə qablaşdırılmış şəkildə satılır. İnsanlarımız yüngül və sağlam tərkibli bu loxmaları gündəlik qida siyahısına əlavə ediblər.
  Suşinin tarixi neolit dövrünə qədər gedib çatır. Qədim yapon dilində "mayalanmış, qıcqırdılmış, turş" mənasını verən "nare zushi" sözündən götürülüb. Zaman keçdikcə ustalar tərəfindən təkmilləşdirilərək bugünkü suşi halına salınıb.
Bu gün ən çox istifadə edilən suşi növləri duzlu balıq və mayalanmış düyü qarışığından hazırlanır. Dəniz yosunu, digər dəniz məhsulları, tərəvəz və düyü tərkibli suşilər “maki” adlanır.
Makinin adı içindəki qarışıqlardan və ölçüsündən asılı olaraq dəyişir. Bundan əlavə, rulon və nigiri ən çox yeyilən çeşidlərdir.
Türkiyədə kulinariya məktəblərində türk mətbəxinin dadına uyğun suşi hazırlamaq üçün araşdırmalar aparılıb. Dəniz yosunu yerinə ispanaq, düyü yerinə bulqur, yaxud da Anadolu düyüsü, toyuq və qırmızı ət, və basdırmaya bükülmüş müxtəlif suşi reseptləri sınaqdan keçirilib. Hazırlanan türk üsullu suşilərin dadı alıcılar tərəfindən çox bəyənilib.
Maki suşinin resepti ilə tanış olun:

1 stəkan düyü
1 stəkan su
3 yarpaq dəniz yosunu 
1ədəd avokado
1ədəd kök
1 stəkan düyü sirkəsi
1qab somon konservi
yarım xörək qaşığı şəkər
yarım xörək qaşığı duz
Hazırlanma qaydası:

Əvvəlcə düyünü yarım saat ilıq suda isladın, yaxşıca yuyun və süzün. Düyü sirkəsini, duzu və şəkəri qaynadaraq dərhal ocaqdan götürün. Yuyulmuş düyünün suyu quruyana qədər vam odda bişirin.
 Üzərini kağız salfetlə örtüb buxarı çıxana qədər gözləyin. Sonra isti-isti düyü sirkəsini əlavə edib qarışdırın.
Suşini bükmək üçün istifadə edəcəyimiz sarmanın içinə yosun qoyulur və düyü dolduraraq yayılır. Haşlanmış yerkökü və avokadonu barmaq qalınlığında doğrayaraq yan tərəflərə yerləşdirin. Somon isə tikə-tikə doğranıb, düzülür. Suşini sarıyaraq uclarını alt tərəflərə doğru qatlayın. 10 dəqiqə gözlədikdən sonra barmaq qalınlığında doğrayıb və sous da əlavə edərək qoyursuz süfrəyə. Nuş olsun.


Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!