26 Iyun 2024 15:52
325
CƏMİYYƏT
A- A+

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

 

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əcəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik. Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsini, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmasını vacib bilirik. Sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir. Buna görə də davamlı şəkildə açıqlanan xəbərdarlıq çağırışlarını ciddiyə almaq vacibdir. Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür.

AZƏRTAC xəbər verir ki, belə bir müraciətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova çıxış edib.

Nazirlik sözçüsü qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə əhalinin məlumatlandırılması olduqca zəruridir.

"Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır", - deyən İ.İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur.

"Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər", – deyən mətbuat katibi bildirib ki, verilən hava xəbərdarlıqları hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməli və maksimum dərəcədə ehtiyatlı olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video