Ətirli və faydalı
Ətirli və dadlı heyvanın insan orqanizminə faydaları da saymaqla bitmir. Hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan bu meyvə zəngin antioksidant mənbəyidir.
Elmi araşdırmalar göstərir ki, heyvanın tərkibindəki antioksidantlar iltihabı azaldır, ürək xəstəliyi kimi xroniki xəstəliklərdən insanı qoruyur.
Həmçinin tərkibindəki yüksək antioksidant və vitaminə görə dərinin sağlam və gənc qalmasına fayda verir, qırışları azaldır, ləkələri aradan qaldırır, sərbəst radikalların dəri hüceyrələrinə vurduğu zərəri aradan qaldıraraq dərini ultrabənövşəyi şüaların təsirindən qorumağa kömək edir.
Heyva allergik reaksiyaları idarə etmək qabiliyyətinə görə də seçilir. Dəriyə məlhəm və ya gel kimi tətbiq edildikdə, atopik dermatit (dərinin xroniki iltihabi xəstəliyi) və buna bənzər dəri xəstəliklərinin sağalmasına fayda verir.
Onun zəngin mineral tərkibinə dəmir, mis və sink daxildir. Bu üç mineral qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir. Qırmızı qan hüceyrələrinin istehsalı yüksək olduqda bədəndə daha çox oksigen daşınır və bunun sayəsində qan dövranı artır. Eyni zamanda bu, başın dərisinə artan qan axınını təmin edir, saç folikullarının sağlamlığını yaxşılaşdırır.
Heyva ishal, mədə ağrılarına və ürək bulanmasına müsbət təsir göstərir. Bu meyvənin şirəsinin mədə xoralarına kömək etdiyi və mədə-bağırsaq traktını sakitləşdirdiyi də məlumdur. O həmçinin pis xolesterin olaraq bilinən LDL xolesterinindən və damar tıxanması kimi ürək-damar xəstəliklərindən qoruyur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdi...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsd...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ail...
26 Aprel
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” pu...
26 Aprel
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!