29 Avqust 2026 10:20
1578
Mədəniyyət
A- A+
Əsərlərinin mövzusu bu gün də aktualdır

Əsərlərinin mövzusu bu gün də aktualdır


Azərbaycanın qadın yazıçıları arasında uğurlu və məhsuldar yaradıcılığı ilə oxucuların qəlbində əbədiyaşarlıq qazananlardan biri də Xalidə Hasilovadır.

Xalidə Məmməd qızı Hasilova 1920-ci il aprel ayının 19-da Azərbaycanın dilbər guşələrindən olan Zaqatalada dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Zaqatala Pedaqoji Texnikumunda təhsil almışdır. Gənc müəllim bir müddət doğma Qımır kəndində müəllimlik etmişdir. 1939-cu ildə təhsilini artırmaq arzusu ilə Leninqrad Dövlət Universitetinin (indi Sankt-Peterburq Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar o, Bakıya qayıtmış və Azərbaycan Dövlət Universitetinin Filologoya fakültəsində ali təhsilini davam etdirmişdir.

Gənc nəslin təlim-tərbiyəsi ilə yanaşı, kəndli qadınların savadlanması qayğısına qalan Xalidə xanım ibtidai və orta məktəblərin Birinci Azərbaycan Qurultayının nümayəndəsi kimi "Şərq qadını" ("Azərbaycan qadını") jurnalının 1938-ci il 1-ci sayında "Kəndimizin mədəni cəhətcə daha da yüksəlməsinə çalışacağam" adlı məqaləsi ilə publisistik fəaliyyətə başlamışdır. Yeniyetməlik illərindən poeziya ilə maraqlanan Xalidə xanımın ilk şeirləri isə 1949-cu ildə "İnqilab və mədəniyyət" qəzetində işıq üzü görmüşdür. İlk kitabının sevincini 1950-ci ildə yaşayan Xalidə Hasilova demək olar ki, əli qələm tutandan bədii yaradıcılıqla məşğul olmuşdur. O, əsasən, uşaqların və gənclərin həyatından maraqlı povestlər yazan müəllif kimi tanınmışdır.

Onun "Kiçik hekayələr" adlı ilk kitabı 1950-ci ildə çapdan çıxmışdır. Uşaq ədəbiyyatı yaradıcılarından biri olan yazıçının yaradıcılığı həmişə rəngarəngliyi və mövzu dairəsinin genişliyi ilə diqqət çəkmişdir. Yaradıcılığında həyat hadisələrinə dərindən nüfuz etmiş, düşünərək seçmiş, daha xarakterli obrazlar yaratmışdır. Yazıçı öz yaradıcılığında ən az toxunulan mövzulara müraciət etmiş, hər bir surətin özünəməxsus boyalarla xarakterini dolğunluğu ilə göstərə bilmişdir. Onun "Sular durulur", "Onun taleyi", "Kaman", "Çəhrayı rəng", "Çətin yollar boyunca", "Nəğməli Könül" və s. povestləri buna misaldır.

Yazıçının nəsr əsərlərində gənclərin həyatı da öz əksini tapmışdır. Müəllif  əsərlərində məktəbli qəhrəmanlarının sonrakı taleyinə də biganə qalmamışdır. Məsələn, "Dəniz çıraqları" povestində o, texniki peşə məktəbini bitirəndən sonra neft sahəsində çalışan gənclərdən bəhs etmişdir.

X.Hasilova bədii tərcümə ilə də məşğul olmuşdur. Onun məşhur türk ədibi Əziz Nesinin uşaqlar üçün yazdığı hekayələri "İndiki uşaqlar möcüzədir" kitabı kimi balaca oxuculara təqdim etməsi, C.Osayevin "Sehirli söz", Ş.Perronun "Büllur başmaq", H.Tixonovun "İgid partizan", İ.Pereranın "Zənci balası Atolo", M.Bayramın "Günəş gözlü Mustafa Kamal" kimi tərcümə əsərləri oxucular tərəfindən maraqla qarşılanmışdır. Qeyd edək ki, Xalidə xanımın özünün əsərləri də müxtəlif xarici  dillərə tərcümə olunmuşdur. O, "Bir sahilin adamları" povestinə görə Dövlət mükafatına layiq görülmüşdür.

Məhsuldar yazıçı çoxşaxəli yaradıcılığında mənəvi-əxlaqı mövzulara da yer vermişdir. Onun "Kaman", "Çəhrayı rəng", "Ana fəryadı" povestləri, "Onun taleyi", "Sular durulur", "Ucqar bir kənddə" romanları da məhz bu səpgidədir.

Yazıçı-jurnalist bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemləri ilə əlaqədardır. "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında", "Gözəl duyğular", "Uşaqlara yüksəkkeyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. buna ən yaxşı nümunələrdir.

Xalidə Hasilovanın dramaturgiya sahəsindəki xidmətləri də diqqətəlayiqdir. Yazıçının sosial həyatın müxtəlif  sahələrini dolğunluğu ilə özündə əks etdirən 5 pyesi Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur.  

Xalidə Hasilova müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru olmuşdur. Onun zəngin ictimai fəaliyyəti Azərbaycan qadınlarının çoxşaxəli problemləri ilə bağlı idi. Uzun müddət Azərbaycan Qadınlar Şurası Rəyasət Heyətinin üzvü olan yazıçı seçilmişdir. Macarıstan, Almaniya, İsveçrə, İran, Yaponiya və digər xarici ölkələrdə səfərlərdə olmuşdur.

İctimai xadim, tanınmış publisist, yazıçı-jurnalist, tərcüməçi olan X.Hasilovanın  Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar mədəniyyət işçisi fəxri adına, "Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinə layiq görülmüşdür.

Azərbaycan ədəbiyyatı və mətbuatında böyük xidmətləri olan Xalidə Hasilova 1996-cı ildə vəfat etmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!