02 Dekabr 2025 08:17
343
SİYASƏT
A- A+
Ermənistanda sülhə hazırlıq ziddiyyətlərlə müşayiət olunur

Ermənistanda sülhə hazırlıq ziddiyyətlərlə müşayiət olunur


Məlum faktdır ki, iki ölkə arasında sülh sazişinin imzalanması üçün Azərbaycanın rəsmi İrəvan qarşısında qoyduğu əsas tələblərdən biri Ermənistanın  konstitusiya və normativ hüquqi aktlarına dəyişikliklərin edilməsidir. Bu, həm də Cənubi Qafqazda sabitliyi və iqtisadi dirçəlişi reallaşdıra bilən əsas amillərdən biridir. 

Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın tələb və təkliflərini  əməli işdə reallığa çevirmək istəyi ölkəsində revanşist qüvvələrin ciddi müqavimətilə qarşılaşır. Ermənistan ədliyyə naziri Srbuhi Qalyanın rəhbərliyi altında keçirilən Konstitusiya İslahatları Şurasının son iclası da bunu nümayiş etdirdi. Rəsmi açıqlamalarda iclasda prokurorluq və istintaq orqanları ilə bağlı müddəaların müzakirə aparıldığı bildirilsə də, əsas məsələ olan Müstəqillik Bəyannaməsinə istinad mövzusu açıq saxlanıldı. S.Qalyanın "mart ayına qədər yeni mətn hazır olacaq" deməsi bu baxımdan gözlənilməz olmadı. Ermənistan siyasətində bu tip "vaxt göstəriciləri"nin icra mexanizminə çevrilmədiyi artıq dəfələrlə müşahidə edilib. N.Paşinyan da daha öncə konstitusiya ilə bağlı əsas addımların yalnız seçkilərdən sonra atılacağını deməklə prosesin bilavasitə daxili siyasi risklərlə bağlı olduğunu etiraf etmişdi. 

Ekspertlərin fikrincə, ölkəmizə qarşı ərazi iddialarının əks olunduğu sənədlərin, o cümlədən əsas qanunun mövcudluğu şəraitində sülh sazişinin imzalanması davamlı sülhə gətirib çıxarmayacaq. Yəqin ki, Ermənistanda məlum qüvvələrin  prosesi maksimum uzatmağa və hansısa məqamda fürsətdən yararlanmağa çalışmasının məqsədi də budur. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında isə bu müddəaya istinad olunub. Azərbaycan isə haqlı olaraq bu istinaddan narazıdır və onu özünün ərazi bütovlüyünə iddia kimi qəbul edir, Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür. 

Ümumiyyətlə, Ermənistanda konstitusiya ilə bağlı anormal mövqe var. Hakimiyyət maksimum vaxt udmağa, tələblərdən yayınmağa çalışır, illərlə Ermənistanı pis günə qoyan müxalifət isə daha radikal mövqedən çıxış edir. Hətta bəzən absurdcasına Azərbaycanın da öz konstitusiyasını dəyişdirməsini təklif etməkdən çəkinmir. İddia olunur ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Konstitusiya aktında 1918-20-ci il cümhuriyyətinin varisi olduğumuzu rəsmiləşdirməyimiz Ermənistana qarşı ərazi iddiasıdır.

Bu iddiaçılar sırasında N.Paşinyan üçün başlıca maneələrdən biri də İkinci Qarabağ müharibəsindən sonra kilsənin eks-prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanın təmsil olunduğu müxalifəti açıq şəkildə dəstəkləməsidir. Keçmiş rejimlərdən qalma II Qaregin isə bu maneənin ön sırasındadır. Amma Sarkisyan-Koçaryan tandemi  kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu dərinləşdirməyə cəhd göstərsələr də, istədiklərinə nail ola bilmirlər. Yeri gəlmişkən, qeyd edək ki, xaricdəki ermənilər arasında da Eçmiadzin rəhbərliyinə münasibət birmənalı deyil. Onların sırasında "kilsə və onun lideri Ermənistanda dövlət içində dövlət kimidir", - deyib. II Qaregini tənqid edənlər az deyil. Ona görə də Eçmiadzində rəhbərliyin dəyişəcəyi və kilsədə islahat aparılacağı istisna edilmir. 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi  Tural İsmayılov mətbuata açıqlamasında bildirib ki, Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı açıq müddəanın yer alması və konstitusiyada bu sənədə istinadın qalması rəsmi Bakının əsas narazılıq nöqtəsidir: "Azərbaycan bu istinadı açıq ərazi iddiası kimi qiymətləndirir və haqlı olaraq sülh müqaviləsinin imzalanmasına hüquqi maneə sayır. Prezident İlham Əliyevin "konstitusiya dəyişməzsə, sülhün mənası olmayacaq" mövqeyi də məhz bu hüquqi məntiqə söykənir. Burada söhbət təkcə siyasi etimaddan yox, gələcəkdə mümkün revizionizmin hüquqi əsasının ləğvindən gedir. İrəvan isə bu məsələni uzun müddətdir həm daxili auditoriyaya, həm də beynəlxalq platformalara fərqli rakurslardan təqdim etməyə çalışır. Paşinyanın "Müstəqillik Bəyannaməsi konstitusiyaya tam daxil edilməyib" açıqlaması hüquqi manipulyasiya təsiri bağışlayır. Çünki istinadın özü artıq siyasi və hüquqi məna daşıyır. İstər tam, istər qismən olsun, bu sənədə bağlılıq faktı ərazi iddialarını legitimləşdirmə riski yaradır. Azərbaycan tərəfi də məhz bu riskin aradan qaldırılmasını tələb edir". 

Ermənistan rəhbərliyi isə vaxt udmaqla geosiyasi proseslərin gedişatının dəyişəcəyinə ümid edir və İrəvan maksimum manevr etməyə çalışır. Lakin görünən odur ki, Ermənistanın bu kimi manevr imkanları getdikcə daralır. Regionda yeni kommunikasiyaların açılması, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı müzakirələr, Türkiyə - Azərbaycan tandeminin güclənməsi Ermənistanın strateji passivliyini daha da dərinləşdirir. Bu şəraitdə konstitusiya problemi sadəcə hüquqi sənəd dəyişikliyi yox, Ermənistanın gələcək geosiyasi mövqeyinin də müəyyənedicisinə çevrilir.

Ermənistan cəmiyyətində də artıq bu uzatma siyasətinə qarşı səssiz narazılıq formalaşır. Xüsusilə gənc nəsil regional təcridin iqtisadi nəticələrini daha aydın hiss edir. Onlar açıq sərhədlər, investisiya mühiti və normal qonşuluq münasibətləri istəyir.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!