Ermənistanda müharibədə həlak olmuş hərbçilərin qalıqlarının zirzəmiyə atılmasına görə heç kim məsuliyyət daşımayacaq
Ermənistanda 44 günlük müharibədə həlak olmuş əsgərlərin cəsədlərini və qalıqlarını zirzəmiyə atmağa görə heç kim məsuliyyət daşımayacaq. Bu ölkənin İstintaq Komitəsi hərbçi meyitlərinin zirzəmidə saxlanılmasının normal olduğu qənaətinə gəlib və cinayət işinə xitam verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İkinci Qarabağ müharibəsində məhv edilsələr də, adları itkin düşənlərin siyahısında yer alan, sonradan qalıqları tapılaraq Ermənistana aparılan hərbçilərdən birinin yaxın qohumu Arsen Quqasyan “iravunk.com” saytına müsahibəsində ifadə edib.
Hərbçilərin yaxınları adından danışan Arsen Quqasyan əminliklə bildirib ki, bununla bağlı cinayət işinin başlanması iyrənc hadisəyə görə məsuliyyət daşıyan şəxslərin əməllərinə hüquqi qiymət vermək yox, yalnız ictimai narazılığı azaltmaq məqsədi daşıyıb.
“Biz Azərbaycan tərəfinin göstərmədiyi münasibəti Ermənistanda gördük. Abovyan meyitxanasında baş verənlərə görə cinayətkarların cavab verməsini tələb edirik, hüquq-mühafizə orqanlarının bu məsələdə geri çəkilməyə haqqı yoxdur. Bu məsələdə də geri çəkilsək, boynumuza kəndir keçirməliyik”, - deyən Quqasyan ölkə miqyasında etiraz hərəkatlarına başlayacaqlarının anonsunu verib.
Qeyd edək ki, 2021-ci il dekabrın 31-də erməni hərbçilərinin qalıqlarının Abovyan şəhərindəki meyitxananın zirzəmisində saxlandığı barədə informasiya geniş ictimaiyyətə məlum olub. Ermənistan Səhiyyə Nazirliyi ictimailəşən faktı etiraf etməkdən başqa yol qalmadığına görə DNK testindən keçirilən qalıqların yaxınları tərəfindən dəfn edilmək üçün aparılmasını gözlədiklərini bildirdi. Ardınca isə Məhkəmə Tibbi Elmi-Praktiki Mərkəzi Abovyan şöbəsinin müdirinin və iki əməkdaşının işdən çıxarıldığı elan edildi. Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə cinayət işinin açıldığı barədə məlumat verildi. Sonra məlum olub ki, işdə cinayət tərkibi olmadığı üçün prokurorluqda cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilanın Ağalı kəndindəki çörək sexindən paylaşım edib...
27 May
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
27 May
Romada Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub...
27 May
Mikayıl Cabbarov: Qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 44,7 faiz artıb...
27 May
Azərbaycanın Müstəqillik Günü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi Peruda təntənəli ş...
27 May
Ölkə ərazisindən siklonun keçməsi ilə əlaqədar yağan intensiv leysan yağışlar nəticəsində çaylarda s...
27 May
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
27 May
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
27 May
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 747 doza vaksin vurulub
27 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
27 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!