01 Sentyabr 2024 08:15
77
SİYASƏT
A- A+

Ermənistanda militarizasiya siyasəti həyata keçirilir

 

Belə olan halda sülh haqqında düşünmək mümkün deyil

 

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması heç vaxt olmadığı qədər yaxın görünürdü. Bunu şərtləndirən amillər var idi: ikitərəfli təmasların intensivliyi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı atılmış addımlar. Eyni zamanda COP29-a qədər iki dövlət arasında ən azı çərçivə sazişinin imzalanacağı ilə bağlı proqnozlar verilirdi". 
Bu fikirləri "Azərbaycan" qəzetinə siyasi ekspert Elman Nəsirov deyib. O bildirib ki, COP29 tədbiri də sülh prosesinin tərkib hissəsi sayılırdı, çünki konfransın Azərbaycanda keçirilməsi ilə bağlı Ermənistan da loyal münasibət göstərmişdi. Lakin hadisələrin sonrakı gedişatı göstərdi ki, Ermənistan yenə köhnə ampluasındadır. Bu ölkənin müstəqil siyasət yürütmədiyi bir daha təsdiqini tapdı. Bəlkə Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq, hətta tezləşdirmək istəyə bilərdi, amma o, son dərəcə Qərb havadarlarından asılı vəziyyətdədir, xüsusilə də Fransadan. "Fransa Ermənistanı əvvəl müdafiə silahları ilə təchiz edirdisə, indi hücum silahları verir. Hindistan da analoji addımlar atır. Bu ölkə ABŞ və Yunanıstandan da silahlar alır. Bir sözlə, Ermənistanda militarizasiya siyasəti həyata keçirilir. Belə olan halda Ermənistan sülh deyil, müharibə haqqında düşünməyə başlayır", - deyə o əlavə edib.
E.Nəsirov xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə ən yüksək kürsülərdən Ermənistanla münasibətlərimizə yeni, ağ səhifədən başlamaq niyyətimizi bildirib. Təbii ki, Xocalı soyqırımını, Ermənistanın hərbi cinayətlərini unutmamaq şərtilə. Biz istəyirdik ki, qonşu olaraq münasibətləri yenidən quraq, çünki əbədi düşmənçilik də ola bilməz. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün addımları atıb, sülh müqaviləsi ilə bağlı 5 baza prinsipini müəyyənləşdirib, hətta sülh sazişinin layihəsini də hazırlayıb. Ancaq bunun qarşılığında Ermənistan tez-tez atəşkəsi pozur, sərhəd bölgələrində hərbi təxribatlara əl atır. 
Şərhçinin fikrincə, Ermənistanın addımları sülh prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər: "Ermənistan siyasi rəhbərliyi dərk etməlidir ki, Azərbaycanla hərb yolu ilə danışmaq mümkünsüzdür. Azərbaycan qüdrətli dövlətdir. 2020-ci ildə tarixi Zəfərə imza atdıqdan sonra daha da güclənib. Prezident İlham Əliyev müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir. Heç kim Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Azərbaycan Prezidenti xalqına arxalanır, xalq isə birmənalı şəkildə dövlət başçısını dəstəkləyir. Eyni zamanda Azərbaycanın güclü iqtisadiyyatı, sadiq müttəfiqləri var. Ən başlıcası isə işimiz haqq işidir. Ona görə də Azərbaycan bütün məqsədlərinə çatıb və qarşısına qoyduğu hədəflərə də çatacaq. Ermənistanın yeganə çarəsi Azərbaycanla sülhə gəlməkdir və bunu nə qədər tezləşdirsə, ona bir o qədər yaxşıdır".

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video