11 Dekabr 2025 09:45
425
SİYASƏT
A- A+
Ermənistanda "kilsə hakimiyyəti"nin "dövlət içində dövlət" dövrü sona çatır

Ermənistanda "kilsə hakimiyyəti"nin "dövlət içində dövlət" dövrü sona çatır


Tarixçilərə, siyasətçilərə, habelə araşdırmaçılara yaxşı məlumdur ki, "daşnaksütyun" terror təşkilatının "qayğısı ilə boya-başa çatan kilsə hakimiyyəti" ötən əsrin əvvəllərindən Azərbaycanda, o cümlədən coğrafiyamızın qərbində - bolşevik Rusiyasının dəstəyi ilə Ermənistan adlandırılan ərazisində özünü həmişə "dövlət içində dövlət" hesab edib. 

Xatırladaq ki, erməni Baş nazirin kilsə ilə qarşıdurması hələ 2018-ci ildən - hakimiyyətə gəlişindən sonra başlayıb. Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olmaq və dəstəklədiyi ideologiya ilə N.Paşinyanın "yeni Ermənistan" konsepsiyasına qarşı çıxmaq istəməsidir. 

"Daşnaksütyun", eləcə də bəzi müxalif partiyalar üçün kilsə  "kiçik Ermənistan" deməkdir. Onların təbirincə hakimiyyət və sadə xalq kilsənin dirijor çubuğu ilə hərəkət etməlidir. Kilsənin bayrağı altında birləşən bu qüvvələr  "dənizdən-dənizə böyük Ermənistan" xülyasının reallaşdırılması üçün əsrlərdir ki, özlərini oda-közə vururlar. Odur ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin etməsini kilsə heç cür həzm edə bilmir. Çünki Azərbaycanın bu Zəfəri kilsənin əsrlərdən bəri formalaşdırdığı "böyük Ermənistan" ideologiyasını darmadağın edib.

Yeni dünya düzənində Ermənistanın dövlət kimi qala bilməsinə çalışan Nikol Paşinyan isə erməni cəmiyyətini zamanın tələbləri ilə hesablaşmağa çağırır. Kilsə isə bunun əleyhinə çıxır. Bu səbəbdəndir ki, 5-6 ildən çoxdur İrəvanda kilsə-iqtidar qarşıdurması gah gizli, gah aşkar davam edir. Son günlər bu qarşıdurma, belə demək mümkündürsə, özünün kulminasiya nöqtəsinə çatıb. N.Paşinyanın erməni keşişlərini "subaylıq andını pozmaq"da ittiham etməsi ilə kilsə-iqtidar qarşıdurması Ermənistanda hakimiyyət uğrunda mübarizə üçün bəhanə olub. Baş nazirin rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyası bu dəfə kilsənin dövlətə qarşı maliyyə hesabatlığını qanunla tənzimləmək istəyir. Fraksiya katibi Artur Ovannisyanın sözlərinə görə, sosial şəbəkədə keçirilən sorğuda iştirak edənlərin 96 faizi bu təşəbbüsə "bəli" deyib. 

Ümumiyyətlə, Ermənistanda kilsə-hakimiyyət qarşıdurması artıq sırf dini müstəvini aşaraq dövlətçilik məsələsinə çevrilib. Qarşıdan gələn seçkilərdə erməni müxalifəti və onların havadarları bu seçkini də təkbaşına uda biməyəcəklərini anlayıb böyük həvəslə kilsəni də bu işə cəlb ediblər.  Kilsə bu çağırışa can-başla qoşularaq iqtidarı süquta uğratmaq üçün özünün "zəngin" təcrübəsindən maksimum istifadə etməyə çalışır.

Son ayların hadisələri göstərir ki, Paşinyan bu prosesdə yalnız müdafiə mövqeyində çıxış etmir, əksinə, strateji təşəbbüsü ələ keçirərək kilsənin uzun illər toxunulmaz sayılan səlahiyyətlərini ardıcıl şəkildə məhdudlaşdırmaqla məşğuldur. N.Paşinyanın atdığı addımların mahiyyəti sadədir: dövlətin dünyəvi xarakterini möhkəmləndirmək, kilsənin siyasi prosesləri diktə etmək imkanlarını minimuma endirmək və ictimai rəyin dəstəyilə "dövlət içində dövlət" olmaq istəyən Eçmiədzinin real təsir gücünü heçə endirmək.

Ekspertlərin fikrincə, N.Paşinyan kilsəyə qarşı mübarizədə siyasi üstünlüyü tam  ələ alıb. Kilsənin zəif tərəflərini sistemli şəkildə hədəfə alan hökumət başçısı bu gün təşəbbüsün yeganə sahibidir. Hökumət kilsənin dövlət içində paralel institut kimi möhkəmlənməsinə son qoyur və onu sırf dini struktura çevirir. Eçmiədzin isə hələlik strategiya ortaya qoya bilmir, bəyanatlarla və müdafiə mövqeyi tutmaqla kifayətlənir. Reallıq budur ki, Ermənistanda kilsə-hakimiyyət balansı pozulub və bu balansın yeni istiqamətini N.Paşinyan müəyyənləşdirir.

Katolikosluğun iclası təxirə salaraq "repressiyalar" bəhanəsinə sığınması da yaranmış situasiyada kilsənin müdafiə mövqeyində olduğunu göstərir. Odur ki, kilsə öz daxili böhranını hökumətin üzərinə atmağa çalışır. II Qaregini müdafiə edən I Aramın çağırışları da səmərə vermir, çünki Kilikiya katolikosluğunun nüfuzu yoxdur və Ermənistan daxilində baş verən proseslərə təsir imkanları məhduddur. Bu isə dövrün tələblərindən hesab edilən "kilsə hakimiyyəti"nin süqutu deməkdir. Ermənistan ictimaiyyətində kilsənin nüfuzdan düşməsi qarşıdakı seçkilərdə N.Paşinyanın uğurundan xəbər verir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!