05 Oktyabr 2024 09:25
654
SİYASƏT
A- A+
Ermənistanda gərginlik artır

Ermənistanda gərginlik artır


Revanşist keşiş xalqı bazar günü mitinqə çağırıb


Ermənistanda müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti genişlənsə də, bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd etsə də, Xocalı soyqırımını törədənlərin və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planları görünən odur ki, elə də asan olmayacaq. 

Keşiş Baqrat Qalstanyan ictimai televiziyanın efirində çıxış edərək, əhalini bazar günü Respublika meydanında keçiriləcək mitinqə çağırıb. Televiziya efirində o, erməni xalqını mövcud iqtidarı hakimiyyətdən salmağa səsləyib.

Xatırladaq ki, bu qüvvələrin aprel-may aylarında keçirdiyi aksiyalar heç bir nəticə verməmişdi. Əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir. Bununla belə, Qalstanyan və onun havadarları payız mitinqlərinə böyük önəm verir və yaxud belə bir görüntü yaradırlar. 

Bu arada Nikol Paşinyanın və arvadı Anna Akopyanın davranışları Ermənistanda daha çox qıcıq yaratmağa başlayıb. Təkcə müxalifət tərəfdarları deyil, hətta Paşinyanın ən yaxın adamları, partiya üzvləri də narazılıqlarını dilə gətirməyə başlayıblar. Qeyd olunur ki, ölkədə mövcud gərginlik fonunda Nikol Paşinyan öz adamlarına xalq arasında çox dolanmamağı, qıcıq yaratmamağı tapşırıb. Paşinyan və ailəsinin özləri belə buna məhəl qoymurlar. Xüsusən Anna Akopyanın tez-tez xalq arasında görünməsi böyük narazılıq yaradır. Çünki Anna Akopyanın onlarla mühafizəçinin əhatəsində olması xalqla bu cür yaxınlığın süni olmasını göstərir, həmçinin cəmiyyətdə ikrah hissi doğurur. Qıcıqlandırıcı daha bir məqam isə Akopyanın geyimidir. 

Paşinyanın arvadının son səfəri zamanı çəkdirdiyi selfi kəskin narazılıqla qarşılanıb. Baş nazirin tərəfdarları olan "Vətəndaş sazişi" üzvləri belə Akopyanın açıq-saçıq geyimdəki selfisindən hiddətləniblər.

Siyasi analitik Hakop Badalyan isə deyib ki, Paşinyan və arvadı bir tərəfdən velosiped sürmək və ya küçədə qayğısız gəzmək kimi təbliğat fəndləri ilə tərəfdarlarına sakitlik nümayiş etdirmək istəyirlər. Digər tərəfdən isə narahat ola bilərlər, lakin bu yolla narazı qalan tərəfdarlarını sakitləşdirmək istəyirlər.

Onun sözlərinə görə, bu gün Ermənistanın və siyasi rəhbərliyin resursları o qədər məhduddur ki, onlar təbliğat üsullarına əl atırlar: "2018-ci ildən sonra mövcud imkanlardan sosial-siyasi problemlərin həlli üçün istifadə edilməli idi, əvəzində fəaliyyətdə olan hakimiyyət keçmişin və indikinin qısamüddətli məsələləri ilə məşğul idi. Ermənistanda daxili siyasi hadisələrin əsas generatoru xarici qüvvələrdir, Böyük Britaniyanın isə burada marağı daha böyükdür".

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən daxili siyasi böhrana qədəm qoyur.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!