22 Sentyabr 2023 02:28
532
DÜNYA
A- A+
Ermənistan vətəndaş müharibəsinə sürüklənir

Ermənistan vətəndaş müharibəsinə sürüklənir

 

Revanşistlər güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etmək fikrindədirlər

 

İrəvanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Etirazlar Hayastanda siyasi gərginliyi dərinləşdirməklə yanaşı, xaotik vəziyyət yaradıb. Çünki baş nazirə qarşı müxalifətin etirazı həm də vətəndaş itaətsizliyinə gətirib çıxarıb. Kütləvi həbslərə baxmayaraq, aksiyalar fonunda ölkədəki vəziyyət getdikcə daha da dramatikləşir.

Müxalifətin əsas istəyi aksiyaya maksimum sayda vətəndaş cəlb etməklə hərəkəti iflic etməkdir. Etirazçılar hökumət binasının girişlərini bloklamağa cəhd göstəriblər. Polislə qarşıdurma zamanı aksiyanın əsas fəalları kütləvi etirazlara çağırışlar etməyə görə həbs olunublar.

Baş nazir Nikol Paşinyanın iqamətgahına çoxlu sayda polis gətirilib. Polis bir neçə cərgədən ibarət baryer qurub. İrəvanın Respublika meydanında kütləvi etiraz aksiyası keçirilib. Mitinqə toplaşan nümayişçilər polisə müxtəlif əşyalar atmağa başlayıblar. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar polisə və hökumət binasına yumurta, butulka və daş atmağa başlayıblar.

Bu arada "Birləşmiş Ermənistan" müxalifəti milli komitə yaratdığını bəyan edib. Bu komitə baş nazir N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mexanizmini hazırlamalıdır. Hayastan parlamentinin keçmiş vitse-spikeri, "Daşnaksütyun" partiyasının sədri İşxan Saqatelyan qeyd edib ki, parlament çoxluğu N.Paşinyanın impiçmenti məsələsini qaldırıb.

Hayastandakı ictimai-siyasi gərginlik ölkədə xaotik vəziyyət yaradıb. Mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdədir. Əsas niyyət iqtidara  qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc  yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir. Lakin görünən odur ki, Xocalı soyqırımını törədənlər və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı hakimiyyətdən devirmək planları heç də asan olmayacaq. 

Qeyd edək ki, müxalifətin son gündə daha da qızışması və aksiyaların intensivliyini artırması sanki hansısa tələskənlikdən xəbər verir. Qarabağ canilərinin önəmli qisminin qoşulduğu siyasi qüvvələr hazırda dünyada baş verən geopolitik situasiyadakı qarışıqlığın yaratdığı qeyri-müəyyənliyi öz xeyirlərinə çevirməyə çalışırlar. Əvvəlki "dinc" aksiyalardan fərqli olaraq, revanşistlər konkret təhdid, qorxutma, hüquq-mühafizə orqanlarına müxtəlif yollarla təzyiq göstərmək vasitələrinə əl atırlar.

Proseslərin gedişi Hayastanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

E.CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!