Ermənistan Paşinyan iqtidarına etibar etmir
Köhnə problemlər olduğu kimi qalıb, əhali çıxış yolunu xaricdə axtarır
Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə yeni iqtidara qarşı da dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hər vəchlə hakimiyyətini möhkəmləndirməyə çalışır. Amma ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq indidən Paşinyan üçün ciddi çətinliklər yaradır.
Digər tərəfdən görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Məhz belə vəziyyətdə problemlər içində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir.
21 mindən çox cinayət qeydə alınıb
Bu, işğalçı ölkənin əsas tədqiqat resursları mərkəzi olan Qafqaz Barometri Tədqiqat Resursları Mərkəzinin keçirdiyi sorğu zamanı məlum olub. Mərkəzin məlumatına əsasən, Ermənistanda əhalinin yalnız 3 faizi hökumətə inanır. Sorğuya əsasən, cəmiyyətdə yeni iqtidara etimadsızlıq mövcuddur. Bildirilir ki, ötən il hərbi xunta rejiminə son qoyulsa da, fərqli heç nə baş verməyib. Köhnə problemlər olduğu kimi qalır. Bu səbəbdən də əhali çıxış yolunu xaricdə axtarır.
Ermənistanda kriminogen vəziyyət də sabit deyil. Son bir ildə işğalçı ölkədə cinayətlər 13 faiz artıb. Ağır cinayətlər isə 30 faiz təşkil edib. Ümumiyyətlə, 2018-ci il ərzində Ermənistanda 21 mindən çox cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 min 898 olub. Ötən il 209 ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub. Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.
İnzibati metodlar işə salınıb
On il müddətində hərbi xunta rejiminə rəhbərlik etmiş Serj Sarkisyanın qardaşı oğlanlarından biri hazırda Ermənistanda həbsdədir, digəri isə Çexiyada həbs olunub. Rəsmi Yerevan Narek Sarkisyanın ekstradisiyasına çalışır. Bunun üçün artıq Çexiya hökumətinə sorğu ünvanlanıb. Narek Sarkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğunda ittiham olunaraq beynəlxalq axtarışa verilib. O, dekabrın 6-da Çexiyanın paytaxtı Praqada saxlanılıb. Sarkisyanın qardaşı oğlu Qvatemalaya məxsus saxta pasportla yaxalanıb. Məlum olub ki, Narek adını Franklin Qonzalez olaraq dəyişdirib.
Erməni mediası yazır ki, əslində, Paşinyan rəqiblərini tam sıradan çıxarmaq üçün inzibati metodlardan yararlanır. Bunun daha bir təsdiqi kimi sahibkar Samvel Mayrapetyanla olan durum göstərilir. Qeyd edək ki, artıq Avropa İnsan Hüquqları Məhkəməsi də ölüm ayağında olan Samvel Mayrapetyanın pasportunun əlindən alınması və müalicəsinə imkan verilməməsi ilə bağlı Ermənistan hökumətindən izahat tələb edib. Sahibkarın vəkilləri bildirir ki, həkim konsiliumu Mayrapetyanın müalicəsinin Ermənistanda mümkün olmadığı barədə rəy verib və onun xarici ölkələrin birinə aparılmasını tövsiyə edib. Pasportu istintaq orqanları tərəfindən alınan sahibkarın vəkillərinin müraciətinə mənfi cavab verilib. Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistan prokurorluğuna göndərdiyi sorğu da cavabsız qalıb.
Sahibkarın vəkillərinin bəyanatında deyilir: "Təəccüblüsü odur ki, Avropa məhkəməsi bir gün müddətində bu məsələ ilə bağlı müvafiq tədbir görsə də, vətəndaşının həyatını qurtarmağa borclu olan dövlət orqanları bu məsələyə biganə yanaşırlar”.
Ermənistanın N2 televiziya kanalının sahibi Mayrapetyan Yerevan məhkəməsinin qərarı ilə 62 min dollar girov müqabilində ev dustaqlığına buraxılıb, lakin onun pasportu qaytarılmayıb. Sahibkar rüşvətə vasitəçilikdə ittiham olunur. Amma erməni mediası onun sabiq prezident Serj Sarkisyana yaxın olduğu üçün bu problemlərlə üzləşdiyini yazır.
Hakimiyyət avtoritar nəzarət idarəetmə üsuluna üstünlük verib
Erməni analitik Sarkis Artsruni bu fonda hesab edir ki, Paşinyan və komandasının həll etməsi vacib olan ciddi problemlər var: "Keçən ilin aprel ayında Paşinyanı çevriliş yolu ilə hakimiyyətə gətirən cəmiyyət ondan inqilabi islahatlar və Ermənistanı böhran bataqlığının içindən çıxarmağı gözləyir. Lakin erməni ekspertlər bu barədə pessimistdirlər. Hesab edilir ki, Nikol Paşinyanın komandası tərəfindən konkret nəticələrin əldə edilməsinə hesablanmış təbliğat tezisləri praktikada müsbət nəticələrin əldə edilməsinə imkan verməyəcək.
Dekabrın 9-da keçirilən parlament seçkiləri Ermənistanda cinayət-oliqarxiya sisteminin sona çatdırıldığını elan etsə də, əsas gözləntilərdən biri də keçmiş prezident Robert Koçaryan və ona bağlı klana qarşı mübarizənin daha da sərtləşəcəyidir. Digər tərəfdən, yeni hakimiyyətdən yaradıcı qərarlar, davamlı iş və siyasi iradə tələb edilsə də, Paşinyanın konkret "yol xəritəsi”nə malik olub-olmadığı da naməlumdur”.
Ekspert qeyd edib ki, inqilabdan keçən 9 ay ərzində Paşinyan sosial-iqtisadi və siyasi islahatlarla bağlı bir neçə bəyanat versə də, onun 2019-cu il üçün prioritet elan etdiyi "iqtisadi inqilab”ı hansı formada həyata keçirəcəyi bəlli deyil: "Postinqilab dönəmində keçirilən seçkilərin keyfiyyəti də Ermənistana xarici investisiya axınına təkan verməsi üçün əsas ola bilməz, çünki yeni hakimiyyətin hansı xarici siyasi xəttin üzərində gedəcəyi dəqiqləşdirilməyib. Hələlik isə Paşinyan yalnız daxili sabitliyə və hakimiyyətinin gücləndirilməsinə yönəlik siyasi məzmunlu addımlar atır. Bu isə yeni hakimiyyət üçün avtoritar nəzarət idarəetmə metodologiyasına üstünlük verdiyi ehtimalını yaradır. Digər yandan da, Paşinyanın komanda quruculuğunda etibar etdiyi və "texnokrat” adlandırdığı nazirlər və komandanın digər üzvləri etimadı doğrultmur. Bu isə Paşinyanın mövqelərini laxlada bilər”.
Hesab edilir ki, Paşinyan vəd etdiyi islahatları yerinə yetirmək əvəzinə keçmiş hakimiyyətin siyasətini davam etdirsə, Ermənistanda daha böyük problemlər yaranacaq.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!