21 Noyabr 2019 15:56
476
SİYASƏT
A- A+

Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb


Ermənistanın İtaliyada səfərdə olan baş naziri Nikol Paşinyan Milandakı Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda onunla keçirilən görüşdə azərbaycanlı gənclərin etirazı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, görüş tədbir formatına uyğun olaraq dialoq yox, əvvəlcədən hazırlanmış suallar əsasında qurulmuşdu və həmin sualları yalnız moderator təqdim edirdi.

Ermənistanın baş naziri əvvəlcədən hazırlanmış mətn əsasında ölkəsi barədə qısa məlumat verərək, şərqdə və qərbdə sərhədlərinin bağlı olması səbəbindən yaşadıqları iqtisadi çətinliklərdən danışıb. Daha sonra Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub və problemlə bağlı tamamilə yalanlardan ibarət fikirlər səsləndirib.

Türkiyə ilə münasibətlərə də toxunan Ermənistan baş naziri danışıqlara hazır olduqlarını, lakin qarşı tərəfin buna getmədiyini və bunun Ermənistan üçün regionda təhlükə olduğunu vurğulayıb.

Azərbaycanda erməni fobiyası yaradıldığı, erməni idmançıların Azərbaycana səfər edə bilməmələri kimi cəfəng iddialar da səsləndirən Paşinyan tədbirdə azərbaycanlı gənclərin haqlı etirazı ilə qarşılaşıb.

Azərbaycan gənclərinin sual vermək istəyini qəbul etməyən moderator Paşinyana əvvəlcədən hazırlanmış suallarla müraciət edib və bununla da tədbirin dialoq formatı pozulub. Habelə zalda iştirak edən çoxsaylı erməni diasporunun nümayəndələri də azərbaycanlılara qarşı aqressiya ifadə edərək onların mövzu ilə bağlı suallarının səsləndirilməsinə mane olmağa çalışıblar və bütün bunlar Paşinyanın həmin sualları guya eşitməməsi ilə nəticələnib.

Tədbirdən sonra Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sərdi Fərid Abbasov, həmsədri Emin Rüstəmov və fəal üzvü Kərim İsmayılov Nikol Paşinyana yaxınlaşaraq ona Ermənistanın işğalçı siyasət yeritdiyini, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olduğunu xatırladaraq öncədən hazırladıqları bukleti ona təqdim ediblər. Lakin Ermənistan baş nazirinin mühafizəçiləri kobud şəkildə azərbaycanlı fəalları oradan uzaqlaşdırmağa cəhd ediblər. Buna etiraz edən fəallar hazırladıqları və içərisində Azərbaycanın tarixi xəritəsi, Xocalı soyqırımı və sözügedən münaqişənin nəticələrini əks etdirən bukletləri italyanlara və ermənilərə paylayıblar. Həmçinin bir buklet də tədbirin moderatoruna təqdim olunaraq səslənən məlumatların yanlış olduğu bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video