Erməni yalanlarını ifşa edən dəyərli əsər
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbəri olduğu "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görməsi yerinə düşdü. Bu kitab erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında göstərmişdir.
Adıçəkilən kitab bundan əvvəl nəşr olunmuş və erməni yalanlarını əsaslı faktlarla ifşa edən "Azərbaycanlılara qarşı soyqrımı gerçəklikləri", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik", "Yeni siyasət: inkişafa doğru", "Gorus-2010: absurd teatrı mövsümü" kitabları kimi son dərəcə zəngin tarixi faktları özündə əks etdirən sanballı elmi əsərdir.
"Azərbaycan" qəzeti redaksiyasının həmin kitabın Xocavənd rayonunda ictimai müzakirəsini keçirməsi bir ziyalı kimi məni də çox təsirləndirdi.
Ömrümün demək olar ki, böyük bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir müəllim, torpaqlarımızın müdafiəsi uğrunda övladını şəhid verən bir ata kimi qeyd etmək istərdim ki, bu gün torpaqlarımızın işğalı, uşaqlarımızın işgəncələrə məruz qalması, insanların öz doğma yurdlarından didərgin salınması, sağlamlığını, əmək qabiliyyətini itirimiş vətəndaşlarımızın ah-naləsi, yüzlərlə şəhid ruhu bizdən tələb edir ki, xalqımıza qarşı edilən bu vəhşilikləri gənc nəslə öyrədək və ona qarşı barışmaz ruhda tərbiyə edək. Bu mənada hesab edirəm ki, dəqiq tarixi faktlarla əsl həqiqəti əks etdirən bu əsər hər bir azərbaycanlının, hər bir gəncin stolüstü kitabına çevrilməlidir.
Yaxşı olar ki, erməni xisləti və cinayətlərinin bütün dünya xalqlarına çatdırılması üçün "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildliyi xarici dillərə tərcümə edilib yayılsın. Kitabın proqramlaşdırılaraq orta məktəblərdə əlavə dərs kimi keçirilməsi də gələcək nəsillərə çox şey öyrədərdi.
Məhərrəm NƏSİROV,
Xocavənd rayon sakini, təqaüddə olan müəllim, şəhid atası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!