23 Noyabr 2022 01:17
459
İDMAN
A- A+
ƏRƏB BAHARI

ƏRƏB BAHARI

 

Argentina şokdadır

 

Mundialda çempionluğa əsas namizədlərdən biri kimi göstərilən Argentina yığması C qrupunun ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşdı. Matç ərəblərin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Beləliklə, çempionatda ilk sensasiya qeydə alındı.
Futbolda taktika, oyun planı və s. çox vacib məsələlərdəndir. Ancaq əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq inadkarlığı komandaları qarşılaşmaya daha fərqli motivasiya edir. Dünən qalib gələn ərəblərdə məhz bunun şahidi olduq. Meydançanın bütün fazalarında daha yaxşı təsir bağışlayan Səudiyyə Ərəbistanı hesabda irəli çıxdıqdan sonra topu rəqibinə verərək komanda şəklində müdafiə olundu. Boş zonaları çox yaxşı bağladılar. Mərkəz və cinah müdafiəçiləri bir-birilərini çox yaxşı idarə etdilər. Xüsusilə Argentinanın hücumları zamanı müdafiənin arxasına atdığı ötürmələrdə qapıçı Məhəmməd Al-Ovaisin möhtəşəm qurtarışları  matçın diqqətçəkən məqamlarından biri idi.   
Məğlub olmasına baxmayaraq, Argentina öz qrupunda yenə favoritdir. Ancaq bundan sonrası o qədər də asan olmayacaq. Bu qarşılaşmada da gördük ki, komanda bütün zonalarda istənilən səviyyədə deyil. Çünki çempionluq üçün hücumla yanaşı, müdafiə və yarımmüdafiə də əhəmiyyətlidir. Cənubi amerikalıların xüsusən müdafiə olunmaqda çətinlik çəkdiklərinin şahidi olduq. 
Qeyd edək ki, bu, Lionel Messinin son mundialı olacaq. Karyerası ərzində bütün mümkün titulları qazanmış super-ulduzun kolleksiyasında yeganə çatışmazlıq dünya kubokudur. O, açıqlamasında 40 yaşına qədər futbol oynamaq fikrində olmadığını deyib. Deməli, Messi üçün son şans Qətər mundialıdır. Amma bu nəticədən sonra onun arzusunun gerçəkləşməsi sual altındadır…

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

Janna Skot: ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir  

12:28
16 Dekabr

Azərbaycan yeni sazişə qoşulur  

12:27
16 Dekabr

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək  

12:21
16 Dekabr

Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub

12:19
16 Dekabr

Əli Əhmədov: Həmkarlar İttifaqları cəmiyyətin sosial balansının qorunmasına töhfə verir

12:18
16 Dekabr

Dövlət büdcəsindən 293 milyon manat vəsait geri qaytarılıb  

12:17
16 Dekabr

Humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir  

12:16
16 Dekabr

Avropa anbarlarında qaz ehtiyatları 69,75 faizə düşüb  

11:47
16 Dekabr

Prezident İlham Əliyev: Respublikamızın dinamik sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının qarşısında strateji vəzifələr qoyur  

11:47
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!