21 May 2017 09:05
308
Səfərlər
A- A+
Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edib

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun adından Sammit iştirakçılarının şərəfinə nahar verildi.

Daha sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Ərəb-İslam-Amerika Sammiti “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq İslam ölkələri arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə etdi. “İslam sülh və tolerantlıq dinidir”, - deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirdi.

Sammitdə iştirak edən ABŞ Prezidenti Donald Tramp ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğuladı. O, bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etdi. Terrorizm yolunu seçənlərin həyatının boş və qısa olacağını deyən ABŞ Prezidenti bildirdi ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur. Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırdı. Donald Tramp vurğuladı ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir. ABŞ Prezidenti dedi ki, terrorizmə qarşı heç bir tədbir görülməsə qətllər, əzab və ümidsizlik daha da artacaq. Milyardlarla insanın dünya liderlərindən tədbir görmələrini gözlədiyini deyən Donald Tramp bildirdi ki, terrorizmin kökünü yalnız birgə səylərlə və qətiyyətli addımlarla kəsmək mümkündür.

Sammitdə çıxış edən İslam ölkələrinin liderləri artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq, bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildirdilər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini deyən dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkdilər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğuladılar. Bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxundular. Vəziyyətdən çıxış yolu kimi ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarı olduqlarını bəyan etdilər.

Qeyd edək ki, Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.

X X X

Bununla da mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri başa çatdı.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!