Moskva şəhərində Avrasiya Patent Təşkilatı və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının təşkilatçılığı ilə “IP Avrasiya/IP Hindistan’23” mövzusunda əqli mülkiyyət və texnologiya üzrə beynəlxalq Avrasiya konfransı keçirilib.
Konfransa onlayn qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət iqtisadi artım prizmasında” mövzusunda beynəlxalq elmi araşdırmalara əsaslanan geniş məruzə ilə çıxış edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, konfrans əqli mülkiyyətin bazar münasibətlərinə inteqrasiyası, rəqəmsallaşdırılması, o cümlədən süni intellekt sistemlərinin inkişafı ilə əlaqədar əqli mülkiyyət hüquqları sahəsində yaranan məsələlərə, həmçinin Avrasiya ölkələrinin Hindistan ilə əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunub.
Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə tədbirin açılış hissəsində Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid və inkişaf etmiş ölkələri departamentinin rəhbəri Habip Asan, Rusiya Federasiyası Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova, Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov və başqaları çıxış ediblər.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib
Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur
Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq
İstanbulda bələdiyyə seçkiləri keçirilir
“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir
Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə
DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Azərbaycan neftinin qiyməti 75 dollar olub
Fransızların 42%-i ölkənin vətəndaş müharibəsi ilə üzləşəcəyini hesab edir
Fidan və Rubio Cəbubi Qafqazda sülh məsələsini müzakirə ediblər
Bu gün Sabit Rəhmanın doğum günüdür
Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib
Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub
Xankəndidə iftar süfrəsi açılıb
Fransada iki kəşfiyyat təyyarəsi toqquşub
Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər
Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər
Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib
Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!