18 Aprel 2025 15:26
2170
Elm və texnika
A- A+
Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb

Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb


İsrailin “The Jerusalem Post” ingilisdilli və fransızdilli qəzeti, Yunanıstanın “Greekreporter” xəbərlər şəbəkəsi, Hindistanın “Indian Defence Review” jurnalı və digər beynəlxalq media orqanları Damcılı mağarasında aşkar edilmiş Mezolit dövrünə aid heykəlcik barədə xəbərlər dərc ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Damcılı mağarasında Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatları zamanı aşkar edilmiş və Mezolit dövrünə aid daşdan insan fiquru ilə bağlı ilk rəsmi məqalə “Web of Science” və “Scopus” bazalarına daxil, Q1 kateqoriyalı “Asiyada arxeoloji tədqiqatlar” (Archaeological research in Asia) jurnalının 42-ci nömrəsində dərc olunub. Məqalənin müəllifləri Tokio Universiteti Muzeyinin direktoru professor Yoşihiro Nişiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Ülviyyə Səfərova, Tokio Universiteti Humanitar və Sosiologiya Ali Məktəbinin əməkdaşı Fumika İkeyama, Çiba Texnologiya İnstitutunun nəzdindəki Geo-Kosmologiya İnstitutunun əməkdaşı Vataru Satake və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovdur.

Uzunluğu 51 millimetr, eni 15 millimetr olan fiqur qum daşından hazırlanıb. Daşın səthi aşınmaya məruz qaldığından tədqiqi üçün müxtəlif laborator texnologiyalardan (kompüter tomoqrafiyası, X-ray flüoressens təhlilindən, elektron mikroskop skanerindən) istifadə olunub. Fiqur üzərində cizgilərlə səliqəli saç düzümü və kəmər əks olunsa da, sifət cizgiləri təsvir edilməyib.

Cənubi Qafqazda, o cümlədən Azərbaycanda istehsal təsərrüfatı təxminən 8000 il əvvəl Qərbi Asiyanın təsiri ilə yayılıb. Məhsuldarlığın simvolu olan qadın gil heykəlcikləri təxminən eyni vaxtda meydana gəlib. Maraqlıdır ki, Damcılıdan nümunə ayaq üstə, əkinçilərin qadın fiqurları isə oturaq şəkildə təsvir edilir. Həmçinin heykəlciyin kişini və ya qadını simvolizə etdiyi mübahisə predmeti olaraq qalır.

Bu artefakt Şomutəpə neolit mədəniyyətinin mərkəzi olan Orta Kür vadisində aşkar edilmiş Mezolit dövrünə aid ilk insan heykəlciyidir. Qeyd edək ki, Kür və onun qonşuluğunda məlum mezolit abidələrindən buna bənzər insan heykəlcikləri indiyədək aşkar edilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!