Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək
və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə qərara alıram:
1. "Elmi dərəcələr
verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. "Elmi adlar
verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. "Elmi
dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq, fəlsəfə
doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını üç ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. "Elmi
adlar verilməsi qaydası haqqında Əsasnamə”nin
1.8-ci bəndinə uyğun olaraq, dosent və professor elmi adları barədə attestatların
formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.5. "Elmi
dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü bəndinə və "Elmi adlar
verilməsi qaydası haqqında Əsasnamə”nin
5.5-ci bəndinə uyğun olaraq, ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin
əməyinin ödənilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.6. "Elmi
dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 7.9-cu bəndinə və "Elmi adlar
verilməsi qaydası haqqında Əsasnamə”nin 6.9-cu bəndinə uyğun olaraq, xarici ölkələrdə
verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələr və
elmi adlar haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin
formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.7. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.8. bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. "Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən
bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003, № 2, maddə
89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, №
7, maddə 1354) 2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 iyun 2019-cu il