03 İyun 2025 11:54
369
SİYASƏT
A- A+
Elias Martinez: Dünyada irqçilik və bərabərsizliklərə qarşı heç kim tam immunitetə malik deyil

Elias Martinez: Dünyada irqçilik və bərabərsizliklərə qarşı heç kim tam immunitetə malik deyil


Afrika mənşəli xalqların hüquqlarının müdafiəsi və qlobal ədalətsizliklərə qarşı mübarizəsi bu gün də aktual olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda çıxış edən BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü, kolumbiyalı pastor Elias Murillo Martinez səsləndirib.

O qeyd edib ki, burada təqdim etdiyi kitab onun adı ilə bağlıdır və bu vəsait, eyni zamanda, Afrika mənşəli insanların tarixində və bu gün qarşılaşdıqları problemlərə diqqət çəkmək üçün bir vasitədir.

Natiq bildirib ki, dünyada irqçilik və bərabərsizliklərə qarşı heç kim tam immunitetə malik deyil. “Afrika mənşəli xalqlar isə tarixən müstəmləkəçilik və köləlik siyasətinin ilk və ən ağır qurbanları olublar. Bu gün də həmin siyasətlərin nəticələri davam edir.

Hazırda miqrasiya məsələləri, siyasi məqsədlərlə alətə çevrilmiş insan hüquqları, irqçilik və xüsusilə ksenofobiya qlobal çağırışlara çevrilib. İqlim böhranı, enerji keçidi və süni intellektin inkişafı kimi müasir proseslər də sosial bərabərsizliklərə və irqçiliyə yeni təsir formaları yaradır. Bu problemlərin aradan qaldırılması üçün Afrika mənşəli insanların tarixi, təcrübəsi və mövqeyi nəzərə alınmalı, onların qlobal qərarların qəbulunda daha fəal iştirakı təmin olunmalıdır”, - deyə pastor vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!