Əli HÜSEYNLİ: “Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”
Aprelin 18-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası və "Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.
Konfransı açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib. O deyib ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır və tarixən bu torpaqlarda heç zaman dinlərarası müharibə baş verməyib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan "boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.
Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir.
Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!