"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.8-ci, 1.1.38-ci, 1.1.59-cu maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 12.1.6-cı, 14.1.7-ci, 14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci, 14.3.1-ci, 14.3.2-ci, 16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci, 16.4.1-ci, 16.4.2-ci, 17.3-cü, 18.5.5-ci, 18.7-ci maddələrində, 19.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü, 23.2.12-ci, 26.7-ci, 29.5.2-ci, 33.1-ci, 36.3-cü, 37.1-ci, 37.4-cü, 38-ci, 41.2-ci, 42.2-ci, 42.3.2-ci, 42.3.5-ci, 42.3.6-cı, 42.5.1-ci (hər iki halda), 42.5.6-cı, 42.6-cı, 42.7-ci (hər üç halda) və 42.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 1.1.8-ci, 18.7-ci, 33.1-ci, 42.5.1-ci (ikinci halda) və 42.7-ci (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.4. həmin Qanunun 1.1.38-ci, 1.1.59-cu, 14.1.7-ci, 17.3-cü, 29.5.2-ci və 37.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 42.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 8.2-ci maddəsinin ikinci cümləsində, 12.1.6-cı, 14.1.12-ci, 14.1.13-cü, 14.1.18-ci, 14.2.2-ci, 14.3.1-ci, 14.3.2-ci, 16.1.12-ci, 16.1.13-cü, 16.1.14-cü, 16.2.2-ci, 16.4.1-ci, 16.4.2-ci, 18.5.5-ci maddələrində, 19.16-cı maddəsinin ikinci cümləsində, 20.3-cü, 23.2.12-ci, 26.7-ci, 36.3-cü, 38-ci, 41.2-ci, 42.3.2-ci, 42.3.6-cı, 42.5.1-ci (birinci halda), 42.7-ci (ikinci halda) və 42.8-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 42.3.5-ci və 42.5.6-cı maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.8. həmin Qanunun 42.6-cı və 42.7-ci (üçüncü halda) maddələrində "orqan (qurum)" dedikdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. altı ay müddətində:
2.2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.2. həmin Qanunun 37.4-cü maddəsinə uyğun olaraq, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2.3. həmin Qanunun 29.5.2-ci maddəsinə uyğun olaraq, sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddəti müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2.4. aşağıdakı normativ-hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
1. həmin Qanunun 1.1.38-ci maddəsinə uyğun olaraq, elektrik şəbəkəsinə dair qaydaları;
2. həmin Qanunun 1.1.59-cu maddəsinə uyğun olaraq, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini;
3. həmin Qanunun 14.1.7-ci maddəsinə uyğun olaraq, elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısını;
4. həmin Qanunun 17.3-cü maddəsinə uyğun olaraq, qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydalarını;
5. həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq, mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısını;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
3.1. aşağıdakı normativ-hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarını;
3.1.2. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;
3.1.3. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının texniki istismar qaydalarını;
3.1.4. həmin Qanunun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:
4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;
4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınsın.
5. Bu Fərman (bu Fərmanın 2.1-ci bəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
20 Aprel
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
20 Aprel
I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə ke...
20 Aprel
Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb ...
20 Aprel
Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib
20 Aprel
COP29-un Prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakir...
20 Aprel
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
20 Aprel
Azərbaycan neftinin qiyməti artıb
20 Aprel
Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır ...
20 Aprel
Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa ...
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!