09 Fevral 2025 18:03
338
CƏMİYYƏT
A- A+
Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib

Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib


Bu gün hakimliyə namizədlərlə yazılı imtahan keçirilib. Qaydalara uyğun olaraq yazılı imtahan təcrübədə mövcud ola bilən kazusun yüksək formada yazılması ilə əlaqədardır. Həmin mövzular Hakimlərin Seçki Komitəsinin bu gün səhər keçirdiyi qapalı iclasda müəyyən olunub və mülki, cinayət hüquq sahələrini əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin üzvü Elçin Xələfov deyib: "İmtahan 4 saat davam edib. Bu müddət ərzində hakimliyə namizədlər kazusu düzgün həll etməyə, qoyulan məsələləri, qanunvericiliyin məzmununu mümkün qədər dolğun izah etməyə və səlis şəkildə öz fikirlərini çatdırmağa çalışıblar. İmtahanın nəticələri Hakimlərin Seçki Komitəsinin üzvləri və bu fəaliyyətə cəlb olunan mütəxəssislər tərəfindən qiymətləndiriləcək. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin sənəd qəbulu fasiləsiz olaraq davam etdirilir. Komitə hakim olmaq istəyən namizədləri müsabiqədə fəal iştiraka dəvət edir".

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!